Sulşer: “Valensiya klubu tərk edəcək”

antonio valensiya
Paylaş:

Ole Qunnar Sulşer təsdiqləyib ki, Antonio Valensiya mövsüm sona çatandan sonra klubu tərk edəcək və növbəti mövsümdən komandanın kapitanın kim olacağı haqqında suala da cavab verib.

“Görək növbəti mövsüm kim kapitan sarğısını qoluna taxacaq. Mənim beynimdə oyunçulardan ibarət müəyyən siyahı var ki, komandnaın kapitanı ola bilərlər. Bizim Antonio Valensiyamız var, hansı ki, mövsüm sonu bizi tərk edəcək, sarğını Eşli Yanq və Pol Poqba da taxıb, bizim, həmçinin, David De Hea və Kris Smollinqimiz də var. Bizdə kapitan olmaq üçün oyunçular var, amma bizə komandnaın səsi olacaq futbolçunu seçmək lazımdır”.

“Hansı kriteriyalar? Hər zaman müəyyən olunmuş kriteriyalar var. O, klubun mədəniyyətinin memarlarından biri olmalıdır. O, elə bir oyunçu olmalıdır ki, hər kəs ona baxaraq bütün standartlara və vərdişlərə uyğun olmasını görməlidir, həmçinin, xarekteri də olmalıdır”.


Mənbə: Manchester Evening News

0 comments