Sulşer “Vest Hem” ilə oyundan sonra

Sulşer
Paylaş:

Premyer Liqanın 33-cü turu çərçivəsində bu gün “Old Trafford”da baş tutan “Mançester Yunayted” – “Vest Hem” (2-1) matçının ardından Ole Qunnar Sulşer BT Sport kanalının müxbirinə müsahibə verib.

Pol Poqbanın penaltidən vurduğu 2 qolla qalib gələn komandamızın baş məşqçisi müsahibə verərkən deyib:

“Bu oyundan canımız qurtardı, belə deyə bilərəm. Bilirəm ki, 3-cü gün oynadığımız üçün bu gün bir az çətin oldu və bir neçə dəyişikliklər etməyə məcbur idik. Beləcə, bu oyun da belə getdi. Onlar öz yeganə qollarını haqq edirdilər, lakin sonra biz də yaxşı bir qolkiperimiz olduğunu gördük”.

“Səfərdə keçirdiyimiz “Volves” və “Arsenal” oyunlarında biz layiq olduğumuz nəticəni əldə edə bilməmişdik. Yaxşı oynamışdıq və çoxlu qol şansları yaratmışdıq. Amma liqada son 2 ev oyunumuzda “Uotford” və “Vest Hem”i məğlub etmişik, hansı ki, layiq olduğumuzdan daha artıq nəticələr olub. Lakin bu, bütün mövsüm boyu özünü göstərəcək”.

QEYD: Sulşerin MUTV kanalına verdiyi müsahibələri isə növbəti xəbərdə dərc edəcəyik.


Mənbə: ManUtd.com

0 comments