Ole Qunnar Sulşer “Vest Hem” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

“Vest Hem” üzərində 2-1 hesablı qələbənin ardından MUTV və BT Sport kanallarına müsahibə verən Ole Qunnar Sulşer deyib ki, “Yunayted” bu oyunu qazanmaq üçün şanslı idi.

Pol Poqbanın penaltidən vurduğu 2 qol və David De Heanın kritik qurtarışı sayəsində 3 xalı əldə edən komandamız hazırda 64 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.

ŞANSLI BİR QƏLƏBƏ

“Bu oyundan canımız qurtardı, belə deyə bilərəm. Bilirəm ki, 3-cü gün oynadığımız üçün bu gün bir az çətin oldu və bir neçə dəyişikliklər etməyə məcbur idik. Beləcə, bu oyun da belə getdi. Onlar öz yeganə qollarını haqq edirdilər, lakin sonra biz də yaxşı bir qolkiperimiz olduğunu gördük”.

“Səfərdə keçirdiyimiz “Volves” və “Arsenal” oyunlarında biz layiq olduğumuz nəticəni əldə edə bilməmişdik. Yaxşı oynamışdıq və çoxlu qol şansları yaratmışdıq. Amma liqada son 2 ev oyunumuzda “Uotford” və “Vest Hem”i məğlub etmişik, hansı ki, layiq olduğumuzdan daha artıq nəticələr olub. Lakin bu, bütün mövsüm boyu özünü göstərəcək. Bəzən hər zaman öz oyununu oynaya bilmirsən. Açığı, biz “Uotford” ilə oyunda da bərbad idik. Performansımız çox zəif idi, çox boşluqlar vermişdik, yetəri qədər yaxşı oynaya bilməmişdik”.

TƏQVİM PROBLEMİ

“Bəlkə də oyunçuların düşüncəsində 2-ci gün “Kamp Nou”da keçirəcəyimiz oyun var idi, amma bu olmamalı idi. Bir şeyi anlamıram ki, nəyə görə biz ÇL-də bir oyunu həftənin 3-cü günü, cavab oyununu isə həftənin 2-ci günü oynayırıq. Amma digər cütlər 2-ci gün oynadılar və cavabı da 3-cü gün keçirəcəklər. Başa düşə bilmirəm. Axı bu qrafik oyunçular üçün çətin olur! Lakin biz 3 xalı əldə edə bildik”.

DE HEA BÖYÜKLƏR ARASINDADIR

“Bu gün bizi fərdi keyfiyyətlər xilas etdi – bəzən bu, “Mançester Yunayted”də baş verir. Bir neçə möhtəşəm qurtarış ilə David De Hea matçı bizə qazandırdı. İllər boyu şansımızı bir neçə dəfə istifadə etmişik, komandamızda dünyanın ən yaxşı qapıçıları olub, Şmeyhel, Edvin van der Sar, indi də De Hea. Bizim bir tərəfdə də oyunçularımız var ki, yaxşı oynamadığımız zamanlarda oyunu öz fərdi bacarıqları ilə bizim üçün qazandıra bilərlər. Bu gün bəxtimiz də gətirdi, amma 3 xalı əldə etdik”.

POL POQBANIN PERFORMANSI

“O, yəqin ki, penaltiləri hər zaman düşünür və bunu məşqlərdə təkmilləşdirir. O bilir ki, bu qolu vurmalıdır və sadəcə qərarını verir. Onun yaxşı bir qol göstəricisi var. Polun böyük bir mentaliteti var və mən düşünmürəm ki, o, nəsə bir şey tərəfindən dəstəklənir. Yaxşı bir şəxsiyyətə sahibdir, futbolu sevir və düzgün səbəblərlə oynayır. Bu gün fərqli bir rolda oynadı, düşünürəm ki, zaman-zaman çox yaxşı da oynadı, amma biz çətinliklər də çəkdik. Pol və Fred orta sahədə çox yaxşı iş çıxartdılar”.

MEYSN QRİNVUDUN “OLD TRAFFORD” DEBÜTÜ

“Oyunun sonlarına doğru bizim hücumun sağ cinahında Qrinvud, müdafiənin sağında isə Andres Perreyra oynayırdı. Bəlkə də bir az daha ehtiyatlı olmalı idik, lakin bu, “Mançester Yunayted”ə aid bir şeydir. Meysn azarkeşlərə əlavə enerji verdi. O, tamaşaçıları ayağa qaldırmağa çalışdı və mən onun ev debütünə görə çox şadam”.

NÖVBƏDƏ “BARSELONA” SƏFƏRİ VAR

“Mən 2-ci gün komandamdan daha yaxşı performans gözləyirəm. Hər kəs bilir ki, bir yol gedəcəyik və daha yaxşı performans göstərməliyik. Çünki bu gün meydanda “Barselona” olsaydı, hesab 5-0 olardı, onların xeyrinə”.


Mənbə: ManUtd.com

0 comments