Poqba: “Barselona” səfərində sürpriz edə bilərik

Pol Poqba
Paylaş:

“Vest Hem” ilə oyundan sonra Pol Poqba jurnalistlərə müsahibə verərkən Çempionlar Liqasında “Barselona” ilə cavab görüşü barədə danışıb.

Çətin bir oyun olacağını qeyd etməklə bərabər, o bildirib ki, hələ də turun taleyinə aydınlıq gəlməyib və “Kamp Nou”da bizi daha bir sürpriz gözləyə bilər:

“Biz növbəti oyun barədə düşünməliyik. Bir az dincəlməli və “Barselona” ilə oyuna köklənməliyik. Buna görə biz futbol oynayırıq, buna görə bu cür komandalara qarşı belə oyunlar keçiririk. Çempionlar Liqasının 1/4 finalı sadəcə gözəldir. Biz də yalnız bundan zövq almalıyıq, ən yaxşı bacardığımızı oyuna yansıtmalı və özümüzə güvənməliyik.

“Oyun hələ bitməyib, hələ heç nə bəlli deyil. Bilirəm, bu, “Barselona”dır, biz onların meydanında oynayacağıq, amma hələ heç nə bilinmir. Qarşıda daha bir 90 dəqiqə var. İlk hissə bitdi, indi ikinci hissə başlayır”.


Mənbə: Sky Sports

0 comments