“Barselona” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Çempionlar Liqasında “Barselona” ilə cavab matçından əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalisatlərin suallarını cavablandırıb.

MİSSİYANI YERİNƏ YETİRMƏK MÜMKÜNDÜR?

“Əlbəttə, PSJ ilə oyundakı xatirələr oyunçulara kömək edəcək. Biz bir komanda kimi başa düşürük ki, vəziyyəti öz xeyrimizə dəyişə bilərik. “Barselona” çətin rəqibdir. Parisdəki oyun elə də çoxdan olmayıb, indi isə vəziyyətimiz bir artıq buraxılan qoldan yaxşıdır”.

HÜCUMLARIN BİTİRİLMƏSİNDƏKİ PROBLEMLƏR

“Futbolda bu sual milyon dollaradır. Biz zərbələri məşq etmişik və ən əsası bizim üçün qol vura biləcəyimizə olan inamdır. Biz hücumda təhlükə yarada bilərik, sual yalnız bu zərbələri qola çevirməkdir”.

MATİÇ VƏ SANÇESİN HAZIRLIĞI HAQQINDA

“Bəli, onlar oynamağa hazırdılar. Əlbəttə, Aleksis üçün, hansı ki, burada yaşayıb və burada çıxış edib, bu xüsusi bir gecə olacaq. O, meydana çıxanda özünü sübut etməyə çalışır. Ümid edirik ki, mövsümü yaxşı başa vuracaq. Biz elə rəqiblərlə oynayırıq ki, “Yunayted” onlarlara oynamağa vərdiş edib. Biz hələ də yarımfinala çıxmağa namizədik. Ümid edirəm ki, sonda Aleksis öz çıxışından razı qalacaq”.

VAR SİSTEMİNİN MÜBAHİSƏLİ QƏRARLARI HAQQINDA

“Bu mübahisələr yəqin ki, davam edəcək və hər kəs müxtəlif fikirlər söyləyəcək. Mən başa düşərdim ki, əgər hakim desəydi ki, (PSJ ilə oyunda) bu əllə oyun yox, sadəcə künc zərbəsidir. İnsanlar səhv edirlər. “Barselona”nın vurduğu qolda da kimlərsə orada ofsaytın olduğunu iddia edə bilər. Ümid edək ki, növbəti oyunda səhvlər olmayacaq və hakimlər verdikləri qərarlarla vaxtı uzatmazlar. Qəribə idi ki, biz “Old Trafford”da 45 saniyə hakimin qərarını gözlədik. Bizim PSJ ilə oyundakı penaltini isə çox müzakirə etmək olar. Vəziyyət 50-nin 50-yə idi”.

KOMANDANIN MÜDAFİƏ PLANI

“Biz öz nüfuzumuzu ev oyununda lazım olduğu qədər göstərə bilmədik, topu saxlaya bilmirdik və qol anları yaratmırdıq. Biz hamımız başa düşürük ki, yaxşı oynamalıyıq, topla oynamalıyıq. Əgər sən Suares və Messi kimi oyunçulara topla daha çox oynamağa imkan verəcəksənsə, onda sənin problemlərim olacaq”.

“KAMP NOU”YA QAYIDIŞI HAQQINDA

“Bu stadionla bağlı çox fantastik xatirələrim var. Sonuncu dəfə mən bura 2016-cı ildə oğlumla “El-Klassiko”ya baxmaq üçün gəlmişdik və həmçinin, 10 gün bundan öncə onların necə oynamaqlarına baxmaq üçün də burda idim. 1999-cu ilin gecəsini indi tez-tez fikirlkəşmirəm, mən gələcək və “Barselona”nı uda bilmək haqqında fikirləşirəm”.

ÇƏTİN SINAQ

“Qısa vaxt ərzində, əlbəttə ki, bu oyun çox çətin olacaq. Hazırda bu mənim yeganə hədəfimdir. Mən gələcək haqqında indi çox danışa bilmərəm. Mən yalnız növbəti oyun haqqında fikirləşirəm, kifayət qədər qol vurmalıyıq və onların fərqlənməsinə qoymamamlıyıq. Biz 1-0 geridəyik. Əgər  oyunda çox qol olacaqsa, onda bizim qələbə üçün daha çox şansımız olacaq”.

BU OYUN 1999-CU İLİN SINAĞINDAN ÇƏTİNDİR?

“Həmin vaxt mən oyunçu idim! Biz bilirik ki, futbolda hər şey mümkündür. Əgər qapımızdan qol buraxmasaq, onda oyunda olacayıq. Biz bilirik ki, standart vəziyyətlərdən fərqlənə bilərik, onlardan daha hündürük. Amma biz yaxşı müdafiə olunmalıyıq. Mən 93-cü dəqiqə də qol vurmağımızın əlehinə deyiləm”.

TALEYƏ İNANIRSIZ?

“Mən ona inanıram ki, idmanda layiq olduğunu qazanırsan. Hərdən insanlar mənə deyirlər ki, bu il bizim olmalıdır, çünki trebldən düz 20 il keçib, amma irəliyə getmək üçün biz yaxşı oynamalıyıq və onda layiq olduğumuzu qazana bilərik”.

İNAM ÇOX VACİBDİR

“İnam çox vacibdir. Hər kəsin istedadı və bacarığı var. Biz PSJ ilə oyunda sübut etdik ki, güclü rəqibləri məğlub edə bilərik. “Barselona” tarixin ən güclü komandasıdır, amma biz öz gücümüzü tam ortaya qoyacayıq, konsentrasiya çox vacib rol oynayacaq”.

LİNQARD VƏ MARSİAL ÜÇÜN ÇOX ÖNƏMLİ BİR MATÇ

“Çox vacibdir.  Biz qol vurmaq lazımdır, əgər onlardan kimsə oynayacaqsa, bizə lazımdır ki, yüksək səviyyədə çıxış etsinlər. Biz yaxşı müdafiə olunmalıyıq və həm də qollar vurmalıyıq. Meydana kimlər çıxacaqsa, onlardan yaxşı oyun gözləyirik. Evdə elə də yaxşı oynaya bilmədik”.

“BARSELONA”NIN OYUN TƏRZİ

“Onların DNT-də topla dominat etmək var. Şübhə edirəm ki, onlar bizə topla daha çox oynamağımıza imkan versinlər, ona görə də top bizdə olanda onunla düzgün rəftar etməliyik. Onlar yaxşı əks-hücumlar təşkil edə bilirlər, Dembelə – dünyanın ən sürətli futbolçularından biri –  və Messidən istifadə etməklə. Biz onların öhdəsindən gəlməliyik”.

OYUNÇULAR YORĞUNLUQ HİSS EDİRLƏR?

“Bəzən oyunçulara istirahət xeyir verir, bəzən onlar üçün ən yaxşısı elə oynamaqdır. Yorğunluq oyuna təsir edə bilməz. Fiziki olaraq biz hazırıq, onlar da məncə hazırdılar. Biz öc gücümüzü səfərbər etməliyik”.


Mənbə: Manchester Evening News

0 comments