Sulşer “Barselona” ilə oyundan sonra

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer oyunçularına Çempionlar Liqasından kənarlaşmasından sonra konsentrasiyalarını itirməməyə çağırıb.

“Mançester Yunayted” səfərdə Lionel Messi (2) və Filip Koutinyonun qolları ilə “Barselona”ya 3-0 hesabı ilə məğlub oldu. Oyundan sonra Sulşer komandasının çıxışını dəyərləndirib.

YANAŞMA DÜZGÜN İDİ

“Biz bura gəlmək üçün yaxşı çalışmışdıq. Bu gün iki komandanın səviyyə fərqi hiss olunurdu. Onların qol fürsətləri reallaşdırmaq üzrə yüksək göstəriciləri var. İlk 15  dəqiqə yaxşı oynadıq və fikirləşirdik ki, bu bizə hansısa nəticəni qazandıra bilər, amma daha sonra onlar dörd dəqiqəyə iki qol vurdular və bizim vəzifəmiz ciddi şəkildə çətinləşdi. Yanaşma düzgün idi. Biz bilirdik ki, güclü oyunçularla əhatə olunmuş bir güclü komandaya qarşı oynayırıq. Biz başa düşürdük ki, qarşımızda hansı vəzifə durur. Biz hər zaman deyir ki, bizim oyunumuz bir günə dəyişən deyil, bizə bir neçə il lazımdır ki, “Barselona” kimi komandaların səviyyəsinə qalxaq”.

YAXŞI STARTDAN NƏTİCƏ ÇIXARDA BİLMƏDİK

“Bu səviyyədəki oyunlarda səhv etmək olmaz. Öz şanslarınızdan istifadə etməlisiz. Biz yaxşı startdan nəticə çıxarda bilmədik. Amma onların ilk iki zərbələri dəqiq oldu və bununla da oyun bitdi”.

LİONEL MESSİNİ NECƏ SAXLAMAQ OLAR?

“Bu tamam başqa bir oyunçu səviyyəsidir. O və Kriştianu unun illər ərzində ən yaxşı oyunçulardılar. Məncə hamı mənlə razılaşar. Bu gün o, öz ustalığını göstərdi. “Barselona” həmin komandadır ki, biz onların səviyyəsinə qalxmalıyıq. Hələlik həmin səviyyədə deyilik, amma bilirik ki, bunu edə bilərik”.

ALEKSİSİN QAYIDIŞI

“Aleksis martın əvvəlindən zədə səbəbindən oynamırdı, o, altı həftə buraxmalı oldu. Çox vacib idi ki, 15 dəqiqə oynamaq imkanı əldə etdi, indi bilir ki, onun dizi tam qaydasındadır. O, qol da vura bilərdi. Ümid edirəm ki, mövsümün sonunda dördlüyə düşməkdə bizə kömək edə biləcək”.

ARTIQ NƏTİCƏ ÇIXARTMAQ VAXTIDIR

“Biz bir-birimizi ən yaxşı keyfiyyətlərini kəşf etməliyik, top-komandalara uyğun əla iş atmosferi yaratmalıyıq. Bura qədər gəlmək və ilk dördlük mübarizə aparmaq üçün çox yaxşı çalışmışdıq. Biz komandada yenidənqurma işləri görməliyik, amma bu ilk öncə məşqçidən başlamlıdır, daha sonra oyunçulardan. Yayda bir-iki transfer olacaq”.

QARŞIDA ÇOX VACİB OYUNLAR

“Gələn il biz yenidən belə oyunlarda iştirak etmək istəyirik, ona görə də bizi qarşıda “Everton”, “Siti” və “Çelsi”yə qarşı çox vacib oyunlar gözləyir. Oyunçular üzgündürlər, amma hadisələrin başqa cür ola biləcəyi haqqında fikirləşməyin mənası yoxdur. Matç başqa cür ola bilərdi, əgər startdakı üstünlüyümüzü qola çevirə bilsəydik, amma indi biz növbəti oyunlarımıza köklənməliyik”.


Mənbə: manutd.com

0 comments