“Yunayted” transfer siyasətini dəyişəcək

Sulşer, Felan
Paylaş:

Manchester Evening News klubda olan öz mənbələrinə istinad edərək xəbər verir ki, Ole Qunnar Sulşer köməkçisi Mayk Felan ilə yayda komandada olacaq yenidənqurma işləri haqqında məsləhətləşib.

Sulşer və Felan oyunçuların seçimi ilə bağlı siyasəti dəyişmək istəyirlər və komandaya daha çox gənc istedadları cəlb etmək niyyətindədirlər, nəinki, bahalı superulduzları, necə ki, son illər Ed Vudvord belə edirdi.

İlk öncə Felan təklif edir ki, Akademiyada olan futbolçuların əsas komandaya yüksəlməsinə əngəl olan bütün maneələr aradan qaldırılsın və komandaya Ceydon Sanço kimi gənc istedadların cəlb olunmasına vəsait ayrılsın, hansı ki, həm Sulşer, həm də Felan gənc ingilisi, onun yaşını və sağ cinahda oynamasını nəzərə alsaq ideal transfer hesab edirlər. “Mançester Yunayted” sonuncu dəfə bu mövqeyə ser Aleks Ferqyusonun vaxtında transfer həyata keçirib, həmin vaxt Uilfrid Zaha komandaya cəlb olunmuşdu.

“Yunayted” həm də “Vest Hem”in 20 yaşlı yarımmüdafiəçisi Deklan Rays və və “Atletiko”nun 24 yaşlı dayaq yarımmüdafiəçisi Saul Neqislə də maraqlanır. Qaret Beyl isə artıq klubun maraq dairəsinə daxil deyil, baxmayaraq ki, 29 yaşlı uelsli futbolçu bu yay böyük ehtimalla Madridi tərk edəcək.


Mənbə:  Manchester Evening News

0 comments