Darren Fletçer “Yunayted”də çalışa bilər

Darren Fletçer
Paylaş:

The Telegraph xəbər verir ki, “Mançester Yunayted” klub daxilində yenilənən skaut sistemi üçün nəzərdə tutulan vəzifəyə Darren Fletçerin namizədliyini irəli sürmək niyyətindədir.

35 yaşlı Darren Fletçerin “Stok Siti” ilə müqaviləsi bu ilin iyun ayında bitəcək və o, skaut sisteminin yenidən təşkil olunması üçün və Maykl Felan ilə birlikdə yeni istedadların tapılmasında çalışa bilər.

Sulşer klub sisteminə bundan sonra da əvvəllər “Yunayted”də oynayan və klubu ndaha yaxşı tanıyan futbolçuları cəlb etmək niyyətindədir. Buna oxşar sistem “Barselona” və “Ayaks” kimi klublarda da mövcuddur.

Hal-hazırda “Yunayted”də keçmiş oyunçulardan Maykl Kerrik və Niki Batt çalışır, 18 yaşlılardan ibarət komandanı isə Nil Rayan çalışdırır – Cim Rayanın oğlu, hansı ki, uzun müddət ser Alekslə birlikdə çalışıb.

Xatırladaq ki, Darren Fletçer “Yunayted”in Akademiyasının yetirməsidir, komandada 2003-cü ilin sentyabr ayında debüt etmişdi və klubu 2015-ci ilin yanvarında tərk edərək “Vest Bromviç”ə qoşuldu. Ser Aleks Ferqyusonun başçılığı altında 5 dəfə Premyer Liqa qalibi olub və 2008-ci ildə Çempionlar Liqasını qazanmışdı.


Mənbə: The Telegraph

0 comments