“Yunayted” – “Çelsi”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Old Trafford”da baş tutacaq “Çelsi” ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

UĞURSUZLUQ HAQQINDA

“Bu futboldur, burada insanlar oynayır, müəyyən çərçivələr var. Əlbəttə, siz deyə bilərsiz ki, əvvəl biz daha zəif komandalarla oynayırdıq, indi isə daha güclülərlə, amma bütün ssenariyə baxmaq lazımdır, bütün mövsümə. Oyunçular üçün, klub üçün mövsüm çox emosional oldu və bunu hər kəs nəzərə almalıdır, futbolçular, məşqçilər, baş məşqçi, nəzərə almalısız ki, biz də insanıq”.

MARKOS REŞFORDUN BİRLİK HAQQINDA FİKİRLƏRİ

“Çərşənbə günü biz oynamaq istəyən komanda var idi, bir-birləri üçün mübarizə aparmaq istəyən oyunçular. “Everton”la oyunda işimizin öhdəsindən gələ bilmədik və bu Reşi üzmüşdü. Derbidəki məğlubiyyət onun kimi hamımızı bir də məyus etdi. “Everton” ilə matç gözlərimizi açdı, son 10 gün bizim üçün ağır oldu, ona görə də emosiyalar başa düşüləndi. Bu komandanın uğurlu olması üçün hamımız sutkada 24 saat və həftədə yeddi gün bir olmalıyıq”.

KOMANDANIN SƏVİYYƏSİ HAQQINDA

“Son həftələrdə biz real səviyyəmizi gördük. Komandnaın son 5 mövsümdəki yığıdığı xalara baxsaq ortaq rəqim 70 olar, indi isə 64 xalımız var. Bu bizim real səviyyəmizdir, hansı ki, 5 il ərzində beləyik və bu kifayət qədər yaxşı deyil. Biz duruma son 6-8 oyuna görə düşməmişik. Bizi qarşıda böyük işlər gözləyir”.

POL POQBANIN GƏLƏCƏYİ HAQQINDA

“Futbolda heç nəyə zəmanət vermək olmaz, amma bəli, Pol bizlə qalmalıdır, o, “Mançester Yunayted”də uğur qazanmaq istəyir”.

POQBANIN ÇIXIŞI HAQQINDA

“O, yüksək standartlara tələb verir, çünki qol vəziyyətləri yaradır, qol vurur, meydanda çox böyük işlər görür. Ona görə də KİV, azarkeşlər, hamı hər zaman Pola baxır və fikirləşirlər ki, bundan da yaxşı oynaya bilərdi. Pol bizim komandada özünü möhtəşəm göstərib, amma o da insandır və biz hər birimiz beləyik. Biz istəyirik ki, o, yaxşı oynasın, o, paltardəyişmə otağında və meydanda liderdir”.

POQBA “YUNAYTED”Ə LAZIM OLAN LİDERDİR?

“Fikirləşirəm ki, dünyanın dəyişdiyini siz də başa düşürsüz, bizim paltardəyişmə oyağında Robbomuz (Brayan Robson), Roy Kinimiz və Stiv Brüsimiz yoxdur, biz hamımız fərqliyik. Heyətimizdə kifayət qədər istedadlı futbolçular var, bir çox aspektdə liderlərimiz var. Roy Kinlə oynamaqdan xoşum gəlirdi, hər kəs indi Robbodan danışır, amma biz fərqliyik, cəmiyyət dəyişib. Mən komandnaı ser Aleks, Lui van Qal və Joze Mourinyo kimi idarə etmirəm, biz hamımız fərqli liderlərik”.

DE HEANIN FORMASI İLƏ BAĞLI PROBLEMİ VAR?

“Xeyr, deməzdim. Mən Davidə güvənirəm və onu son altı-yeddi ildə “Yunayted”in ən yaxşı oyunçusu hesab edirəm. O, möhtəşəm qapıçıdır, amma qara zolaq hər bir futbolçunun karyerasında olur. Davidlə hər şey qaydasında olacaq, narahat olmayın”.

YENİ MÜQAVİLƏ İLƏ BAĞLI DANIŞIQLAR DE HEANIN FİKİRİNİ YAYINDIRIR?

“Futbolçular belə vəziyyətləri idarə edə bilirlər. David hər gün məşqə gəlir və nə lazımdırsa, hamısını edir”.

ANDER ERRERA HAQQINDA

“Ander Errera bu mövsüm “Yunayted”in heyətində oynayacaq? Məncə, bəli. Ander məşq edir, həvəslidir və ola bilsin ki, bazar günki oyunda iştirak etsin. Mən söz verə bilmərəm, amma son iki gündə komanda ilə birlikdə məşq edib”.


Mənbə: Manchester Evening News

0 comments