Lindelöf: “Çelsi” ilə oyuna hazır olacayıq”

Viktor Lindelöf
Paylaş:

Viktor Lindelöf klubun rəsmi saytına açıqlamasında “Çelsi”ni “Old Trafford”da məğlub etmək üçün “Mançester Yunayted”in necə oynamalı olduğu haqqında danışıb.

İlk dördlük baxımından əhəmiyyət kəsb edən “mavilər”lə qarşılaşmadan əvvəl “Yunayted”in mərkəz müdafiəçisi etiraf edib ki, bu cür oyunlardan zövq alır.

“Hər bir oyun bizim üçün vacibdir. Mən həmişə top-klublara qarşı böyük oyunlarda iştirak etmək istəyirəm. Bunun üçün biz hər gün məşq edirik və bunu uşaqlıqdan xəyal edirik. Mən belə oyunlar üçün yaşayıram”.

“Yunayted” son iki “Stemford Bric” səfərində məğlub olmayıb. Oktyabrda “qırmızı şeytanlar”  2-2 hesablı bərabərə qalmışdılar. Bu ilin fevralında keçirilən İngiltərə Kubokunda isə 2-0 hesablı qələbəyə sevinmişdilər.

“Çempionat oyununda qələbəyə layiq idik, – Lindelöf bildirib. Biz yaxşı oynadıq, amma bu futboldur. Onlar son dəqiqədə qol vurdular, amma həmin oyunu xatırlasaq oyunun çox böyük bir hissəsini yaxşı oynadıq”.

“İngiltərə Kubokunda əla oyun oldu. Taktiki cəhətdən biz dəqiq bilirdik ki, nə etməliyik, necə müdafiə olunmalıyıq, necə boş zonalarda yer almalıyıq və necə onların təzyiqinin öhdəsindən gəlməliyik. Bizim üçün bu çox yaxşı bir  oyun idi, çünki qələbə qazanmışdıq”.

Lindelöf başa düşür ki, “Çelsi” çox təhlükəli rəqibdir, amma söz verdi ki, “Yunayted” bu oyuna hazır olacaq.

“Onlar sadəcə fantastik oyunçular ibarət olan yaxşı bir komandadırlar. Hətta pis günlərində belə heyətlərində elə oyunçular var ki, heç nədən təhlükəli vəziyyət yarada bilərlər”.

“Onlar topu çox yaxşı saxlayırlar, ona görə də bizə müdafiədə çox diqqətli oynamaq lazımdır. Onların çox yaxşı komandası var, amma biz hazır olacayıq”.

“Biz Eden Azara sərbəstlik verməli deyilik, çünki əks halda nəsə edə bilər, o, fantastik oyunçudur və bunu neçə illər ərzində göstərə bilir”.


Mənbə: manutd.com

0 comments