Sulşer: “Bizə klub dəyərlərinə uyğun olan oyunçular lazımdır”

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Çelsi” ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında komandaya cəlb olunacaq oyunçular barədə danışıb.

O bildirib ki, “Mançester Yunayted”ə klub dəyərlərinə uyğun oyunçular gələ bilər:

“Biz bu kluba düzgün mentalitet və düzgün şəxsiyyətə sahib olan oyunçular gətirməliyik. Əgər sən pula və ya şöhrətə həris birisənsə, “Mançester Yunayted” üçün və mənim komandam üçün uyğun bir oyunçu deyilsən. Mən “Molde” və “Kardiff”də eyni insan olmuşam, burada da həmin insanam. Mənə öz şəxsi keyfiyyətləri ilə məni cəlb edən oyunçular lazımdır”.

Sulşer komandasını keçmiş komandalar ilə də müqayisə etməyə çalışıb:

“Hər kəs bilir ki, zaman dəyişib və qocanın (SAF) etdikləri inanılmazdır. Lakin biz indi əvvəlki məşqçilərdən fərqli iş görürük. Biz Ser Aleksi kopya edə və ya bunun uğurlu olacağını düşünə bilmərik. Çünki o, təkrarolunmaz bir dahidir. Biz fərqli nəsil oyunçularla işləyirik və hərəmizin özünə görə bir yolu var. Bəlkə də bəziləri Ser Aleksin idarəçiliyi altında işləyə bilməzdilər, amma biz bunu etməyə çalışırıq”.

“Oyunçular tariximizi bilirlər və bu, hər kəs üçün böyük bir əhəmiyyət kəsb edir. Lakin biz bu düşüncə ilə çox da özümüzü yubada bilmərik. Bunu edə bilmərik, çünki bizdən aşağıda olan komandalar bizi təqib edirlər. Geriyə baxmamalıyıq, sadəcə zirvələrə qalxmaq üçün mübarizə aparmalıyıq. Amma hal-hazırda yer aldığımız mövqe də reallıqdır”.


Mənbə: Manutd.com

0 comments