Sulşer “Çelsi” ilə oyundan sonra

Ole Qunnar Sulşar
Paylaş:

Ole Qunnar Sulşer “Old Trafford”da “Çelsi” ilə 1-1 bərabərə qaldıqdan sonra azarkeşlərin David De Heaya dəstək olmasına görə onlara təşəkkür edirik.

“Mançester Yunayted” matçın 11-ci dəqiqəsində doğum gününü qeyd edən Xuan Matanın qolu ilə hesabı açmışdı. Lakin fasiləyə az qalmış Alonso David De Headan qayıdan topu tora göndərmişdi.

HEÇ-HEÇƏ ƏDALƏTLİ NƏTİCƏ OLDU

“İlk hissədə biz planlaşdırdığımız işləri gördük. Biz hücum edirdik, qol anları yaradırdıq, hesabı ilk açan tərəf olduq və yaxşı futbol oynadıq. İkinci hissədə biz bu əhvalı, keyfiyyəti və tempi saxlaya bilmədik. Fasilədə paltardəyişmə otağında əhvallar yaxşı idi, hər kəs bir-birini dəstəkləyirdi, Davidi dəstəkləyirdilər. Oyunçular özlərini yaxşı hiss edirdilər, amma ikinci hissəni ilk hissədə olduğu kimi eyni tempdə keçirə bilmədik. Hər iki komanda qələbə qazana bilərdi. Ola bilsin ki, bizdən heç biri qələbə layiq deyildi, ona görə də heç-heçə ədalətli nəticədir”.

BİZ DAVİDİ VƏ BİR-BİRİMİZİ DƏSTƏKLƏYİRDİK

“David klubda özünü möhtəşəm göstərib. Heç bir şans yoxdur ki, kimsə onu itirdiyimiz xallara görə günahlandırsın, çünki indiyə qədər möhtəşəm çıxış edib. Onun özü də etiraf edir ki, bu topu götürə bilərdi, amma bu futboldur. O, yenidən ayağa durmalıdır, səhər yuxudan durub və irəliyə baxmalıdır”.

İKİNCİ HİSSƏƏDƏ SÜRƏTİN AZ OLMASI HAQQINDA

“Ola bilsin ki, futbolçular yorulublar. Bizə bu oyunda qələbə qazanmaq lazım idi, amma biz fasiləyə qədər oynadığımız keyfiyyəti ikinci hissədə göstərə bilmədik. Biz yaxşı şansımız da oldu, Markos Rohonun zərbəsini qapı xəttindən uzaqlaşdırdılar, onların da İquainlə yaxşı fürsətləri oldu və sonda ilk dördlük uğrunda mübarizə aparan komandalar arasında bərabərlik oldu. Mən fikirləşmirəm ki, bu nəticəni zədəlilərin ayağna yazmaq olar. Biz sa dəcə oyunun tempini saxlamaq istəyirdik. Mən ümid edirəm ki, Bayinin zədəsi ciddi deyil. Reşfordun çiyinində problem var, o, bir saat dözdü, amma davam edə bilməyəcəkdi”.

DÖRDLÜK ÜÇÜN SON İKİ OYUN

“Hələ də riyazı şanslarımız qalıb, biz təslim olmayacayıq, amma bilirik ki, hədəf çox çətindir. Bizə son iki oyuna diqqətimizi yönəltməliyik, həmin oynlarda mümkün qədər yaxşı çıxış etmək lazımdır və baxaq rəqiblər necə oynayacaqlar. Mövsümün sonunda biz qəribə nəticələr və hakim qərarları görürük, ona görə də hər şey ola bilər. Biz hələ də mövsümü yüksək notlarla bitirmək istəyirik, görək bunlar nə ilə bitəcək və neçə xal yığacayıq”.


Mənbə: manutd.com

0 comments