Erik Bayi mövsümü bağlayıb

Erik Bayi
Paylaş:

“Mançester Yunayted” təsdiq edir ki, “Çelsi” ilə oyunda Erik Bayi dizindən ciddi zədə alıb və bu mövsüm bir daha oynaya bilməyəcək.

Oyundan sonra həkimlər tərəfindən müayinə edilərkən məlum olub ki, onun sağ dizində orta bağlar zədələnib və sağalması üçün bir neçə həftə bərpa prosesi keçməlidir.

O, həmçinin milli komandası Kot-Divuar yığmasının heyətində də Afrika Millətlər Kuboku çərçivəsində qarşıda keçiriləcək oyunları buraxmalı olacaq.


Mənbə: manutd.com

0 comments