MakTominey aprel ayının ən yaxşısı seçilib

Skott MakTominey
Paylaş:

Klubun rəsmi saytı məlumat verib ki, “Mançester Yunayted”in azarkeşləri Skott MakTomineyi aprel ayının ən yaxşısı seçib.

21 yaşlı şotland keçən ay “canavarlar”la oyunda debüt qolundan və Çempionlar Liqasında “Barselona” ilə ev oyununda əla çıxışından sonra ilk dəfə olaraq bu mükafata sahib çıxacaq.

Azarkeşlərin səsverməsi ilə MakTominey 40% səs topalaya bilib. İkinci yerin sahibi Lyuk Şou 35%, üçüncü pillədə qərarlaşan Viktor Lindelöf isə səslərin 25%-ni toplaya bilib.


Mənbə: manutd.com

0 comments