Lukaku son oyunlarda iştirak edə bilməyəcək

romelu lukaku
Paylaş:

ESPN xəbər verir ki, Romelu Lukaku bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Telekanalın məlumatında deyilir ki, belçikalı hücumçu diz bağlarını zədələyib.

Həftənin ikinci günü Lukaku müayinə keçib və diaqnoz özünü doğruldub. İndi bu səbəbdən mövsüm son  “Haddersfild” və “Kardiff” ilə matçlarını buraxmalı olacaq.

Cessi Linqard isə, hansı ki, “Çelsi” ilə oyunu dizindəki ağrılara görə buraxmışdı, çöx güman ki, bazar günü baş tutacaq oyunda iştirak edə biləcək.

Markus Reşfordun çiynindəki zədə səbəbi ilə komandaya kömək edə biləcəyi məlum deyil. 21 yaşlı ingilis hücumçu çərşənbə günü komanda ilə birlikdə məşq edib. Amma onun haqqında qərarı Sulşer oyundan əvvəl verəcək.


Mənbə: ESPN

0 comments