“Haddersfild” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Haddersfild” ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərə komanda haqqında son məlumatları verib.

KOMANDA HAQQINDA

“Erik Bayi yəqin ki, hamımızdan daha çox gülürdü, biz isə zədəsinə görə daha pis şeylər fikirləşirdik. Bir neçə oyunçu var ki, kiçik zədələri var, bazar günü baxarıq görək kimlər hazır olacaq. Meyson Qrinvud bu həftə məşqlərə başlamışdı, amma təəssüflər olsun ki, yenidən zədələndi. Biz istəyirdik ki, o, son iki oyunda iştirak etsin, amma ola bilsin ki, indi yalnız son oyunda iştirak edə bilər.

Bizə bu həftə lazım idi, çünki “Çelsi” ilə oyunun nəticəsi bizi məyus etmişdi. Oyunçular fikirləşirlər ki, onlar əldə olan fürsəti qaçırdılar. Bəli, indi bizə “Arsenal” və “Çelsi”nin köməyi lazımdır, hansı ki, hər ikisi Avropada çıxışlarını davam etdirilər. Mən və oyunçularım isə yalnız iki oyuna köklənmişik”

DAVİD DE HEA İŞYİTAK EDƏCƏK?

“Mən fikirləşirəm ki, bəli. Serxio Romero dünən zədə səbəbi ilə məşq etməyib, dizini zədələyib, David isə bütün həftəni yaxşı məşq edib”.

BİZ DE HEAYA İNANIRIQ

“Əlbəttə, biz ina inanırıq, bu mövsüm yaxşı çıxış edib, amma mövsümün sonunda onun adı hər zaman xoş olmayan xəbər başlıqlarında yer alır, amma o, bunun öhdəsindən gəlir. Bizim əla qapıçı heyətimiz var, Emilio, Serxio, Li və David. Onların yaxşı günləri də olub, amma o, bazar gününə hazır olacaq”.

REŞFORD VƏ LUKAKU AZ QOL VURURLAR

“Yardılan şansları nəzərə alsaq, hansı ki, oyun ərzində yaradırıq, onlar kifayət qədər qol vura bilmirlər, amma bu cür də olur. Mənim gəldiyim günün əvvəllərində o, çox qol vururdu, yaradılan şanslarla qolların sayı müqayisə olunurdu. Digər tərəfdə David yaxşı oynayırdı, biz rəqibə çox şans yaratmağa imkan vermirdik və qol buraxmırdıq. İndi vəziyyət dəyişib, kiçik detallar bizim xeyrimizə işləmir. Amma biz daha çox qol fürsətlərin və qolların vurulması üçün çalışırıq”.

ANTONİ MARSİAL HAQQINDA

“Antoni qol vurmağı bacarır, amma biz hamız irəliyə getməliyik və onun qol istəyini geri qaytarmalıyıq, ona görə də mən əminəm ki, gələcəydə yenə qollar vurmağa başlayacaq”.

ROMERO ZƏDƏLİOLMASAYDI QAPIDA DURACAQDI?

“Bütün bunlar hipotetik suallardır, Serxio özü bilir ki, ona nə qədər dəyər verirəm”.

İDMAN DİREKTORU HAQQINDA

“Hansı oyunçunun alınacağını və ya satılacağı haqqında son söz məndə qalacaq. Biz rəhbərlikdə tez-tez söhbətləşirik, hadisələrin gedişindən razıyam. Şayiələrə görə 250 oyunçu alacayıq, ona görə də ümid edirəm ki, sizin yazdığınız oyunçulardan bəzilərini alacayıq”.


Mənbə: Manchester Evening News

 

0 comments