Sulşer: “Ümid edirəm ki, Mata bizimlə qalacaq”

Xuan Mata
Paylaş:

Ole Qunnar ümid edir ki, yarımmüdafiəçi Xuan Mata yeni müqaviləyə imzasını atacaq və “Mançester Yunayted”də qalacaq.

Bu həftə yayılan xəbərlərə inansaq Mataya yeni müqavilə ilə bağlı yekun təklif göndərilib və indi hər şey 31 yaşlı ispan futbolçudan asılıdır.

“Mata fantastik oyunçu və fantastik insandır. Qərarı özü verməlidir. Onunla söhbətimiz oldu və özü bilir ki, ona nə qədər dəyər verirəm” – Sulşer Sky Sports telekanalına müsahibəsində bildirib.

“Keçən həftə ona görə çox şad oldum. Xuan haqqında “Çelsi”nin qapısına vurulan qolun müəllifi kimi danışmaq daha çox xoşdur. O, əsl peşəkardır. Görək yeni müqavilə ilə bağlı razılıq əldə olunacaq”.


Mənbə: Sky Sports

0 comments