Sulşer “Haddersfild” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bu mövsüm üçün “Mançester Yunayted”in son səfər qarşılaşmasından sonra komandasının çıxışı haqqında danışıb.

“Yunayted” oyuna çox yaxşı başlamışdı və artıq 8-ci dəqiqədə “Haddersfild”in qapısından ilk qolu keçirmişdi, lakin ikinci hissədə ev sahibləri hesabı bərabərləşdirə bildilər və “qırmızı şeytanlar”ın ilk dördlüyə düşmək imkanınından məhrum etdilər.

ÇEMPİONLAR LİQASISIZ MÖVSÜM

“Biz özümüzə ümid vermişdik ki, ora düşə bilərik və rəqiblərin nəticələri bizim xeyirimizə idi, amma biz bundan istifadə etmədik. Bu böyük bir zərbədir. Əlbəttə, paltardəyişmə otaında hər kəs üzgündür. Siz bu gün deyə bilərsiz ki, biz Çempionlar Liqasına getmək şansımızı indi itirdik, amma bu belə deyil. Bu proses bütün mövsüm ərzində gedirdi, hansı ki, onu kifayət qədər yaxşı keçirmədik. Lazım olan anda oyunu öz xeyirimizə çevirə bilmədik, bu gün olduğu kimi”.

BİZ ONLARA ÜMİD VERDİK

“Oyuna yaxşı başlamağımızdan istifadə etməli idik və ilk yarım saatda qələbə qazanmalı idik. Biz şanslar yaradırdıq və hesab 2-0 olsaydı vəziyyət başqa cür olacaqdı, amma biz ikinci qolu vurduq. Biz onlara ümid verdik, dəqiq ötürmələr vermirdik, düzgün qərarlar qəbul etmirdik, zəif hərəkət edirdik. Sonradan onlar öz şanslarını yaratmağa başladılar və qol vurdular”.

ÖZ KÜNC ZƏRBƏMİZDƏN QOL BURAXDIQ

“Bu il ərzində belə qol bir neçə dəfə oldu. Biz çox şeyi düzəltməliyik. Öz künc zərbəndən sonra qol buraxmalı deyilsən, amma biz belə qolu “Everton”, “Vurverhempton” və bugünki oyunda buraxdıq. Biz gələcəkdə belə səhvlərin olmaması üçün çalışmalıyıq”.

QARŞIDA VACİB YAY VAR

“Biz gələn mövsüm haqqında danışmışıq, çünki biz yeni komanda yaratmalıyıq. Növbəti mövsümdə Çempionlar Liqasında iştirak etməyəcəyik, bunun özü belə bir sınaqdır, həftənin dördüncü günləri oynayacayıq, görək bunun öhdəsindən necə gələcəyik. Qarşıda çox vacib yay var”.

BİZ STABİL OYNAMIRDIQ

“Bizim güclənməyimiz və oyunçuların münasibəti problemimiz yoxdur. Oyunçular qaçırdılar, çalışırdılar. Biz sadəcə kifayət qədər yaxşı oynamadıq və əlbəttə, bu bizi üzür. Biz yaxşı oynamağı bacarardıq və bunu etməli idik. Onlar qol şanslarını gözlənilmədən yaratmağa başladılar. İlk hissənin yarım saatında onlar bir dəfə də olsun bizim cərimə zonamıza yaxınlaşa bilmədilər. Bütün mövsüm ərzində biz stabil çıxış edə bilmədik. Yaxşı dövlər də oldu, pis dövrlər də, həmçinin, bugünki oyunda bizim yaxşı oynadığımız anlar da oldu, pis oynadığımız anlar da. Altıncı pillə – yəqin ki, bizim səviyyəmzin real göstəricisidir.

Biz özümüz-özümə Çempionlar Liqasına düşmək şansını yaratdıq, amma fikirləşirdik ki, bu mümkün deyil. Bizim üçüncü ya dördüncü pilləyə qalxmağımız üçün o qədər şanslarımız oldu ki, amma bacarmadıq, ona görə də Avropa Liqası yəqin ki, hazırda bizə uyğun bir turnirdir. Əgər “Siti” İngiltərə Kubokunu qazanmasa, onda bizim mövsümümüz kvalifikasiya mərhələsi ilə daha tez başlayacaq”.

YORĞUNLUQ ÖZ SÖZÜNÜ DEDİ

“Xeyr, onlar məni yanıltmadılar, biz bir komandayıq. Biz çox çalışmışdıq. Mövsümün sonunda komanda yoruldu. Mən eşitdim ki, Yurğen keçən həftə demişdi ki, onlar tam enerji doludurlar. Komanda yaxşı nəticələr qazananda, enerji artır. Oyunçular da insandır. Sənin pis nəticələrin olanda enerjini itirirsən, həyacanlanmağa başlayırsan, məhz bunlar bizimlə baş vermişdi”.

AVROPA LİQASINI ÖZ XEYİRİMİZƏ İSTİFADƏ EDƏCƏYİK

“Bəzən Avropa Liqasını öz xeyirinə istifadə etməlisən, bu mövsüm “Çelsi” və “Arsenal” kimi, bir neçə il bundan öncə bu turniri qazananda özümüz də belə etmişdik. Təbiətcə optimistəm və çalışacam ki, bu nəticədən maksimum dərəcədə yararlanım. Gənclər oyun vaxtı qazanacaqlar, bu dəqiqdir. Avropa Liqasında hansısa müsbət cəhətləri tapacayıq, vacib deyil hansılarını”.

ALEKSİSİN ZƏDƏSİ HAQQINDA

O, topuğundan zədələnib. Topuğunu burub və ya nəsə başqa bir şey. Mən hələ ki, onu görməmişəm”.


Mənbə: manutd.com

0 comments