Nevill: “Bu “Yunayted”dən heç nə xoşuma gəlmir”

Qari Nevill
Paylaş:

“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill komandanı tənqid edib və Ole Qunnar Sulşerin hazırkı komandasını fərdlərin yığını adlandırıb.

“Bu həmin “Haddersfild Taun”dur ki, bütün mövsüm ərzində əziyyət çəkib. Sən onlara baxırsan və dərhal başa düşürsən ki, onların lazım olan səviyyədə keyfiyyətləri yoxdur, amma düzünü desəm, onların oyununa baxmaq daha çox xoş oldu, nəinki onların qırmızı forma geyinmiş rəqiblərinə”.

“Bu komandada bəyəndiyim heç nə yoxdur. Bu sadəcə dəhşətdir! Onlara baxın, bunlar sadəcə üzgün insan qrupudur. Məşqçi kimi sən komandanı sevmək istəyirsən. Mən Ole Qunnar Sulşerə baxıram və təsəvvür edə bilmirəm ki, bütün bunlara baxmaq ona xoşdur”.

“Bu ümumiyyətlə komanda deyil. Onlar mənə “Tottenhem”i xatırladır, hansı ki, Maurisso Poççetino Kabul, Adebayor, Kapu kimi ruhsuz oyunçularla qəbul etmişdi və sonradan onları komandadan uzaqlaşdırmışdı”.

“Ole də bunları etməlidir və çox yaxşı olardı ki, klub ona komək üçün təcrübəli idman direktoru təyin etsin. Transfer hədəfindəki xaos, hansı ki, bu həftə mətbuat yazmışdı, ona heç cürə kömək etməyəcək”.


Mənbə: Sky Sports

0 comments