Nevill: “Vudvord futbola aid məsələlərə cavabdehlik daşımamalıdır”

Ed Vudvord
Paylaş:

Klubun əfsanələrindən olan Qari Nevill hesab edir ki, Ed Vudvordun “Mançester Yunayted”dəki vəzifəsi maliyyə işləri ilə bağlı olmalıdır.

“Ed Vudvord artıq yeddi ildir ki, bu vəzifədədir. Yeddi il. Şəxsən mən düşünürəm ki, onun şansı var idi. Onun şansı var idi ki, özünü klubda futbol idarəçiliyi tərəfdən göstərə bilsin” – deyə Qari bildirib.

“Onu klubda maliyyə işlərinə cavabdehlik daşıyan şəxs kimi saxlamaq olar. Gəlirlər, mənfəət, güman edirəm ki, bu sahədə Qleyzerlər ondan razıdırlar. Bununla bağlı hər şey qaydasındadır. İndi isə fikirləşmək lazımdır, iki nəfərdən ibarət struktur son üç-dörd ildə göstərə bilmədi. Ola bilsin ki, başqa bir idarəçiliyi yoxlamağın zamanı gəlib çatıb”.

“Bu böyük futboldur, nəhəng futbol klubudur, onlar ən yaxşı mütəxəssisləri cəlb etməlidirlər. Onlar ən yaxşı məşqçiləri cəlb etdilər, hansı ki, “Mançester Yunayted”də uğursuz oldular. Və sən suallar verməyə başlayırsan – problem doğurdanmı məşqçilərdə idi?”.

“Problem mədəniyyətdədir və bu çox dərindədir. Yalnış qərarlar verilir, yalnız seçimlər edilir. Bu yay futbolçuları kim transfer edəcək. Mən sizə deyə bilərəm ki, bu ölkədə olan digər klublarda transferlərə cavabdehlik daşıyan şəxslər. Bəs “Yunayted”də buna kim cavabdehlik daşıyır, baş aça bilmirəm”.

“Orada hələ də ser Aleksin baş skautu, Lui van Qalın skautu, Devid Moyesin əsas futbol operatoru çalışır. Onlarda dörd ya beş nəfər oyunçuların seçimi ilə məşğuldurlar, üstəlik, öz fikiri olan baş məşqçi də var, bəs rəhbərliyi kim edir? Son söz kimə məxsusdur?”

“Joze Mourinyoya keçən yay dedilər ki, lazım olan oyunçuları seçmir? Klubda bunu ona kim deyə bilərdi? Kimin belə hüququ var?”.


Mənbə: Mirror

0 comments