“Kardiff” ilə oyun öncəsi komandanın vəziyyəti

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer və onun komandası 2018/19 mövsümün son oyununda “Kardiff Siti” ilə oyuna hazırlaşırlar.

“Qırmızı şeytanlar” mövsümü Sulşerin keçmiş klublarından biri ilə bitirəcək və boss meydana hansı heyətlə çıxacağına qərar verməlidir.

Erik Bayi dizindən zədə alıb və “Kardiff” ilə oyunda dəqiq meydana çıxmayacaq, Romelu Lukaku isə zədə səbəbindən “Haddersfild Taun” ilə oyunda meydana çıxmamışdı.

Cessi Linqard, Antoni Marsial və Meyson Qrinvud da zədə səbəbindən “Con Smit” stadiondakı matçı buraxmalı olmuşdular, Aleksis Sançes isə həmin oyunda topuğundan zədələndiyinə görə əvəzlənmişdi.

Kris Smollinq “Old Trafford”da “Çelsi” ilə oyunda iştirak etməmişdi, amma “Haddersfild” ilə matçda ehtiyat oyunçular skamyasında idi, Serxio Romero isə məşqdə zədələndiyinə görə son qarşılaşmamızda onun yerini Li Qrant tutmuşdu.

Ehtimal var ki, “Yunayted”in son oyununda əsas heyətdə gənclər yer alsın. Bazar günü Tahit Çonq əvəzetmədən meydana çıxmışdı və qələbə qolunu vurmağa çox yaxın idi.

Eyncel Qomes və Ceyms Qarner, bu mövsüm əvəzediclərin heyətində özlərini yaxşı tərəfdən göstərə biliblər, “Kardiff” ilə növbəti oyunumuzda meydana çıxa bilərlər və Sulşer gözləyir ki, Qrinvud da mövsümün son oyununa hazır olacaq.

Kapitan Antonio Valensiya bu yaxınlarda məşqləri bərpa etmişdi və ola bilsin ki, Nil Uornokun komandası ilə oyuna hazır olsun.

Öz növbəsində, gələn mövsümdən Çempionşipdə iştirak edəcək “Kardiff” bu qarşılaşmada Metyu Konnelli, Co Rolls, Kallum Peterson və özünün əsas mərkəz müdafiəçisi Sol Bambanın köməyindən məhrum olacaq. Qarri Arter və Viktor Kamarasanın da iştirakı sual altındadır.


Mənbə: manutd.com

0 comments