M.E.N.: “Felan idman direktoru olmaq istəyir”

Mayk Felan
Paylaş:

Mayk Felan “Mançester Yunayted”də idman direktoru vəzifəsində fəaliyyətini davam etdirmək istəyir.

Feıan kluba dekabrda Ole Qunnar Sulşer ilə birlikdə baş məşqçinin köməkçisi kimi qayıtmışdı, amma o, bu yaxınlarda norveçli və klubun vitse-prezidenti Ed Vudvord ilə görüşündə idman direktoru vəzifəsinə isti yanaşmışdı. “Yunayted” növbəti mövsüm başlayana qədər tarixindəki ilk idman direktorunu təyin etmək niyyətindədir.

Xəbər haqqında məlumat verən mənbənin Manchester Evening News nəşrinə müsahibəsində bildirib ki, klub Felanın növbəti mövsüm də Sulşerin köməkçisi olmasını istəyirdi, amma Maykın özü idman direktoru vəzifəsini istəyib.

Keçən ilin iyulunda Felan Avstraliyanın “Sentral Kost Mariners” komandasına idman direktoru vəzifəsinə gətirilmişdi və bundan sonra klub olimpiyada rekordçusu Useyn Boltu təcrübəyə dəvət etmişdi, hansı ki, uğursuzluqla nəticələnmişdi.

İrlandiyalı mütəxəssis Brayan Kerr “Yunayted” və “Haddersfild” oyundan sonra Felan ilə etdiyi söhbəti haqqında danışıb.

“Felan mənə dedi ki, tablo hər həftə dəyişir. Mən ondan soruşmuşam ki, növbəti mövsüm köməkçi məşqçi olacaq yoxsa idman direktoru. O, mənə dedi: “Mən bilmirəm, onlar hələ mənimlə danışmayıblar. Tablo hər həftə dəyişir”. O, demək istəyir ki, komandnaın nəticələri klubun planlarına təsir edir”.


Mənbə: Manchester Evening News

0 comments