“Yunayted” – “Kardiff”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer mövsümün son oyununda “Kardiff Siti” ilə qarşılaşmadan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BƏZİ OYUNÇULAR ÜÇÜN SON MATÇ OLACAQ?

“Futbolda nəsə demək çətindir. Bu sənin sonuncu oyunun, amma bir başqasının karyerasının başlanğıcı ola bilər. Bizim bir neçə yaxşı gənc futbolçularımız var, hansı ki, növbəti mövsümdən əsas komandada olmaq istəyirlər, onlardan da bəziləri start heyətdə olacaq”.

“YUNAYTED” AZARKEŞLƏRİ NƏYƏ ÜMİD EDƏ BİLƏRLƏR?

“İndi vəziyyət mən oynadığım vaxtlardakı kimi deyil, ya biz ya da “Arsenal” liqanı qazanırdı. İndi bu turnirdə çox ciddi rəqabət var, ona görə də bizim qarşımızda böyük bir çağırış var. Əvvəllər olduğumuz yerə qayıtmaq istəyirik. Növbəti mövsüm ciddi bir sınaq olacaq”.

DANİEL CEYMSƏ MARAQ SALMAĞINIZ HAQQINDA 

“Mən bilmirəm bizimlə neçə futbolçunun adı yanaşı çəkilib. Elə oyunçular var ki, mən onlar heç görməmişəm, amma şayiələrə inansaq, biz onlarla müqavilə bağlayacayıq. Transferlərimizi nə qədər tez bitirsək, bir o qədər yaxşıdır. Mən hər şayiə haqqında fikir bildirməyəcəm. Mənim xoşuma gəlmir ki, başqaları oyunçularım haqqında danışsın, ona görə də başqa komandnaın oyunçuları haqqında danışmayacam”.

FELAN BAŞ MƏŞQÇİNİN KÖMƏKÇİSİ TƏYİN OLUNDU

“Onun zəkası, onun təcrübəsi, onun davranışı… Klubda hər kəs onunla söhbətdən həzz alır. Oyunçular həqiqətən də ona hörmət edirlər. O, ən yaxşılarla çalışıb, mən cavan məşqçiyəm, onun isə təcrübəsi var”.

VALENSİYA İLƏ VİDA MATÇI

“Mən dünən Antonio ilə danışdım. O, son beş-altı ayda oynamağa hazır deyildi, hansı ki, mən burada idim, amma ona elə gəlir ki, sabahkı oyunda iştirak edə bilər. Ümid edirəm ki, bugünki və sabahkı məşqin öhdəsindən gələ biləcək və biz onu yaxşı yola salacayıq. Bu ədalətli olardı”.

ERRERANIN GƏLƏCƏYİ HAQQINDA

“Ander, ola bilsin ki, bu həftə oynaya bilsin, hələlik heyət haqqında qərara gəlməmişik. Yəqin ki, öz gələcəyi haqqında sonra məlumat verəcək”.

“YUNAYTED” BEŞİNCİ PİLLƏYƏ QALXA BİLƏR?

“Mən bütün günahı zədələrdə görmək istəmirəm, nəzərə alsaq ki, Premyer Liqa ən çətin rəqabətli liqadır və bizim sadəcə güzümüz yetmədi ki, hədəfə çataq. Bu son aylar bizim üçün xoş olmayan təəssüratlar qoydu, amma bunun öhdəsindən gələ bilərik”.

İDMAN DİREKTORU HAQQINDA

“O vəzifəyə təyinat olacaq, klub uyğun bir namizəd tapan kimi bu haqda məlumat verəcək. Ona qədər isə biz indiki strukturla çalışmağa davam edəcəyik”.

SULŞER HAZIR ULDUZLARIN DALIYCA QAÇMAYACAQ

“Növbəti mövsümdə liderlərlə xal fərqimizi azaltmalıyıq. Əgər çempionluq yarışında fevral-mart aylarına qədər dözə bilsək bu möhtəşəm olardı. Kriştianu Ronaldunu transfer edəndə hazır top-futbolçu olmayıb, eynən Ueyn Runi kimi. Çox oyunçular bura gəliblər və super ulduz futbolçuya çevriliblər”.

QARŞIDA BİZİ CİDDİ SINAQ GÖZLƏYİR

“Həm məşqçi heyəti, həm oyunçular başa düşür ki, qarşıda bizi necə bir sınaq gözləyir. Çox vacibdir ki, biz hamımız ilk gündən mübarizəyə hazır olaq. Yay təlim-məşq toplantısı bizim üçün çox böyük əhəmiyyət kəsb edəcək”.


Mənbə: Manchester Evening News

0 comments