Mayk Felan baş məşqçinin köməkçisi təyin olundu

Mayk Felan
Paylaş:

“Mançester Yunayted” rəsmi sayt vasitəsi ilə xəbər verir ki, Mayk Felan üç illik müqavilə ilə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Mayk Felan: “Bura köməkçi məşqçi kimi qayıtmağıma görə sevinirəm. 1989-cu ildə “Mançester Yunayted”ə oyunçu kimi gəldiyimdən bəri bu klub həyatımda çox böyük rol oynadı və hazırda belə bir vəzifədə əlaqələrimi davam etdirməyimə görə hədsiz sevincliyəm.

Dekabrdakı gəlişimdən bəri Ole, Maykl, Kiran, Mark və Emilyo ilə işləməkdən zövq alırdım və hamımız yeni mövsümə köklənmişik”.

Ole Qunnar Sulşer: “Mayk böyük şəxsiyyətdir, kluba qayıdışımdan bəri o mənim üçün dəyəri biçilməzdir. O bizə klubla uzun illərdir olan bağlılığı ilə birlikdə təcrübə toplusu gətirəcək.

Bizim yaxşı məşqçi heyətimiz var. Artıq yeni mövsüm üzərində, həmçinin, hazırki problemlərimiz ilə bağlı işləyirik”.


Mənbə: manutd.com

0 comments