Rayolanın iş fəaliyyəti dondurulub

Mino Rayola
Paylaş:

Pol Poqbanın Madrid “Real”ına mümkün transferi çətinləşə bilər, belə ki, FİFA onun agenti olan Mino Rayolanın bu yay transfer pəncərəsində hansısa razılaşmalarda iştirak etməsinə qadağa qoyub.

Bu yaxınlarda Rayola İtaliya futbol federasiyası tərəfindən eyni qadağanı almışdı və İtaliyadan kənarda olan müştərilərinə bu cəzanın onların başqa klublara keçidlərinə maneə olmayacağına inandırmağa çalışmışdı, amma bundan sonra FİFA bu cəzanın ümumi olması haqqında məlumat yaydı və onun təkcə İtaliya ərazisində yox, həm də digər ölkələrdə də keçərli olduğunu bildirdi.

Qadağa avqustun  9-na qədər davam edəcək, həmin vaxt isə İngiltərə Premyer Liqasında transfer pəncərəsi bağlanacaq.

Xatırladaq ki, Rayola Poqba ilə yanaşı “Yunayted”dən Serxio Romero, “Ayaks”ın müdafiəçisi Matteys De Liqt, “Pari Sen-Jermen”in yarımmüdafiəçisi Marko Verrati və digər məşhur futbolçularla əməkdaşlıq edir.

Bundan əvvəl Rayola “Yunayted”in hücumçusu Romelu Lukaknun da agenti idi, amma belçikalı futbolçu hollandiyalının xidmətindən imtina etmişdi və Roc Nation Sports agentliyinə keçmişdi.


Mənbə: Daily Mail

0 comments