Ander Errera azarkeşlərlə və klubla vidalaşdı

Ander Errera
Paylaş:

“Mançester Yunayted”in rəsmi tvitter hesabı klubun yarımmüdafiəçisi, yayda müqaviləsi bitən Ander Erreranın vida videosunu təqdim edib.

“Qırmızı mənim qəlbimdədir. Mən bunu burada oynadığım ilk dəqiqədən və bu formanı geyindiyim andan bilirəm. Minlərlə azarkeşi olan klub, hansı ki, özünü kluba həsr edən futbolçulara hörmət edirlər. Azarkeşlər mənim adımı çəkəndə xüsusi hislər keçirirdim. Azarkeşlər məni bu klubun bir tarixi parçası ola biləcəyimi deyəndə qürur hissi keçirirdim”.

“Mən hər dəfə, hər oyunda bu klubu təmsil edəndə, qələbədə və ya məğlubiyyətdə, hətta mən meydandan kənarda belə kömək edə biləndə, klubun dəyərini anlayırdım. Keçirtdiyim təxmini 200 oyunun hər birini xatırlayacam, hansı ki, bu forma altında keçirmişəm. Çünki İngiltərənin ən nəhəng klubunda oynamaq əsl şərəf idi. İnanılmaz 5 il üçün təşəkkürlər!”.


 

0 comments