“Yunayted” – “Kardiff”: oyun sonrası mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Premyer Liqada mövsümün son matçı – “Kardiff Siti”yə qarşı 0-2 məğlubiyyətlə başa çatan oyunun ardından Ole Qunnar Sulşer jurnalistlərə müsahibə verib.

YENİDƏNQURMA İNDİ BAŞLAYIR

“Bütün şəxsi heyət və klub olaraq biz növbəti mövsümə planlamalar eləmək üçün var gücümüzlə çalışacağıq. Oyunçular dincəlməli və daha yaxşı şəkildə hazırlıqlara qayıtmalıdırlar. Yenidənqurma işləri bundan sonra başlayır”.

HEYƏT KƏRPİC DİVARA ÇARPILDI

“Uşaqlara istirahət lazımdır, çünki onlar bizim ilk dördlüyə qayıtmağımız üçün çox əziyyətlər çəkdilər, hansı ki, biz Milad Bayramından əvvəl bunu heç xəyal da edə bilmirdik. Sonralar biz ard-arda pis nəticələr əldə etməyə başladıq”.

“Onlar yaxşı oyunçudurlar, bilirsiniz, lakin onlar sona qədər kərpicdən divara az-çox zərbələr vurdular. Onlardan yenə pozitiv şeylər əldə edəcəyik, optimist yanaşırıq yenə, çünki axırıncı dəfə “Kardiff” ilə oynayanda ilk 2-3 epizodumuzda qol vurmuşduq. 30 yard məsafədən 2 qol, Ander, Markus. Bu gün biz inanılmaz sayda qol epizodu yaratdıq, sadəcə qol vura bilmədik və bu da insan təbiətidir. Nə vaxt sən inamlı deyilsənsə, dünyanın sənə qarşı olduğunu hiss edirsənsə, bu məhdudiyyətlər səni narahat edəcək”.

AZARKEŞLƏR YENƏ MÖHTƏŞƏM İDİLƏR

“Onların dəstəyi hər zaman komanda ilə olub, eləcə də mənimlə. Meydanda gəzişməyimiz çox ağır, xəcalətli idi. Amma azarkeşlərimizin izdihamı mükəmməl idi. Onlar bizi səbəbsiz dəstəkləyirlər və bilirik ki, qarşıda bizi çox-çox böyük işlər gözləyir. Hamımız aid olduğumuz yerə qayıtmaq istəyirik, turnir cədvəlinin ən yüksək pillələrinə. Hazırda 2 komanda (Man Siti, Liverpul) bizdən çox öndədir. Digərləri 5-6 xal bizi qabaqlayır. Biz ilk iki komandaya çatmaq və eləcə də digərlərini geridə qoymaq üçün vuruşmalıyıq”.

PİS GÜN OLSA DA, MEYSN ƏLA İDİ

“Yenə çox kədərli bir gün oldu, lakin fakt və reallıq budur ki, biz yetəri qədər qol şansları yaratdıq. Meyson çox möhtəşəm idi, izdihamı coşdurdu, oyunçuları həvəsləndirdi, 17 yaşında debüt edirdi, yəni onun üçün yaşıl işıq görünür. O, çox tez uyğunlaşdı və sadəcə bir az bəxti gətirmədi, çünki göstərdiyi performansla daha yaxşısını haqq edirdi”.


Mənbə: Manutd.com

0 comments