Sulşer Tuanzebe və Hendersonun gələcəyi haqqında

Aksel Tuanzebe
Paylaş:

Ole Qunnar Sulşer klubun rəsmi saytı vasitəsilə təsdiqləyib ki, 21 yaşlı Aksel Tuanzebe yay təlim-məşq toplantısında “Mançester Yunayted”in heyətində özünü göstərmək üçün şans qazanacaq.

Baxmayaraq ki, yaxınlarda ağır zədə almışdı, Aksel “Aston Villa”nın heyətində icarə əsasında özünü ən yaxşı tərəfdən göstərə bilib və “aslanlar”la birlikdə Çempionşipin pley-off mərhələsinə çıxıblar, hansı ki, orada “Vest Bromviç” ilə qarşılaşacaqlar.

“Ümid etmək istəyirəm ki, Aksel finala qədər gedə biləcək və əla oynayacaq, – Ole MUTV kanalına müsahibəsində bildirib. Bəli, onun bir neçə zədəsi oldu, amma mən onu yay təlkim-məşq-toplantısında izləmək üçün səbrsizlənirəm”.

Ole, həmçinin, “Yunayted”in gənc qapıçısı Din Hendersonun da gələcəyi haqqında bir neçə söz deyib, hansı ki, bu mövsüm Çempionşipdə ən yaxşı qapıçı seçildi və “Şeffild Yunayted”ə Premyer Liqaya yüksəlməsində kömək olub. “Şeffild”in baş məşqçisi isə istəyir ki, gənc qapıçı daha bir mövsüm onların heyətində çıxış etsin.

“Gələn mövsüm Din ilə nə edəcəyimizə qərar verəcəyik. O artıq “Şeffild” ilə birlikdə Premyer Liqaya yüksəlib və bu onun üçün əla nailiyyətdir. Fikirləşirəm ki, əgər onların heyətində Premyer Liqada da bir mövsüm keçirsə, onun üçün ən yaxşı variant olar”.


Mənbə: manutd.com

0 comments