Sky: “Fletçer texniki direktor vəzifəsinə əsas namizəddir”

Darren Fletçer
Paylaş:

Sky Sports telekanalının məlumatına görə Darren Fletçer “Mançester Yunayted”də texniki direktor vəzifəsinə əsas namizəddir.

35 yaşlı şotlandiyalı futbolçu hazırda “qırmızı şeytanlar”ın rəhbərliyi ilə yeni vəzifə haqqında danışıqlar aparır, hansı ki, klub bu yaxın zamanda yaratmaq istəyir.

Güman edilir ki, texniki direktor rəhbərlik və məşqçilər heyəti arasında əlaqələndirici olacaq və Ole Qunnar Sulşer ilə sıx əməkdaşlıq edəcək. Əlavə olaraq telekanalın məlumatında deyilir ki, texniki direktor “transfer bələdçisi” olmayacaq, hansı ki, yalnız komandaya cəlb olunan oyunçuların təhlili ilə məşğul olur.

Xəbər verilir ki, “Yunayted”, həmçinin, “Leypzik” klubunun transfer departamentinin başçısı Pol Mitçell ilə də maraqlanırdı, amma o, alman klubun yeni təklifini qəbul etməli olacaq, hansı ki, ona səlahiyyətlərini genişləndirməyə imkan verəcək.

“Yunayted”in texniki direktor vəzifəsinə digər namizədlər klubun daha bir keçmiş futbolçusu Rio Ferdinand və “Brayton”un texniki direktoru Den Eşuart da var idi.

Onu da xatırladaq ki, Darren Fletçer hazırda “Stok Siti”də çıxış edəcək. Bu ilin yayında müqaviləsi sona çatacaq, amma buna baxmayaraq, hələ də karyerasını bitirəcəyi haqqında heç bir məlumat verməyib.


Mənbə: Sky Sports

0 comments