“Aston Villa”nın azarkeşləri: “Tuanzebeni bizə satın”

Aksel Tuanzebe
Paylaş:

“Aston Villa”nın azarkeşləri istəmirlər ki, Aksel Tuanzebe “Villa Park”dakı icarə müddətini bitirdikdən sonra “Mançester Yunayted”ə qayıtsın.

Baxmayaraq ki, bu yaxınlarda ağır zədədən qayıdıb, amma Tuanzebe əla futbol nümayiş etdirir. Dünən Aksel pley-off mərhələsində 120 dəqiqə meydanda oldu və müvəqqəti komandasına “Uembli”də oynamasına kömək oldu, hansı ki, orada Premyer Liqaya yüksələn sonuncu komandanın adı bəlli olacaq.

Oyundan sonra “Aston Villa” azarkeşlərindən biri Ole Qunnar Sulşerin ünvanına zarafatyana bir mesaj yazıb, hansı ki, çox insan tərəfindən sosial şəbəkədə diqqət göstərilib:

“Əziz Ole və “Mançester Yunayted”! Tuanzebe – tam bir zibildir. O, bütün mövsümboyu bərbad idi. İnanılmaz səhvlər və o, heç vaxt Cons və Smollinq səviyyəsinə çatmayacaq, hansı ki, top-səvviyyə müdafiəçilər hesab olunurlar”.

“Mənə elə gəlir ki, ən yaxşı variant onu bizə satmaqdır, 1 milyon funta qarşılığında “Aston Villa”ya və onu qorxulu bir yuxu kimi unudun getsin”.

Onu da qeyd edək ki, bu yaxınlarda Ole Qunnar Sulşer bildirmişdi ki, Aksel Tuanzebe yay təlim-məşq toplantısında öz şansını qazanacaq.


Mənbə: Manchester Evening News

0 comments