“Yunayted” yeni mövsüm ev formasını təqdim etdi

a221d682b2eb3e4e2067a0986f0e2486
Paylaş:

“Mançester Yunayted” və Adidas rəsmi olaraq klubun 2019-2020 mövsümü üçün ev formalarını təqdim etdi, hansı ki, bugünki 16 may tarixindən etibarən artıq satışına başlanılıb.

Yeni dəst klassik tərzdədir və 1998-1999-cu ilin mövsümünə həsr olunub, hansı ki, ser Aleks Ferqyusonun komandası Premyer Liqanı, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanmaqla əfsanəvi Treblə imza atmışdılar. 20 il ərzində bu nailiyyət öz unikallığını itirməyib və heç bir ingilis klubu tərəfindən təkrarlanmayıb.

Trebl Çempionlar Liqasınnı finalında rəsmiləşdi, hansı ki, Teddi Şerinqem və Ole Qunnar Sulşer tərəfindən matçın son dəqiqələrində vurulan qollar oyunun taleyini dəyişmişdi. Həmin tarixi qolların vurulma vaxtı, “90+1” və “90+3”, formanın qollarında öz əksini tapıb. Həmçinin, əsas formaya İngiltərə Kubokunda “Nyukasl” üzərində qazanılan qələbənin və Premyer Liqada “Tottenhem” ilə həlledici oyunun keçirilmə vaxtı da həkk olunub.

Yeni qapıçı forması qara-bənövşəyi rənglərin harmoniyasından hazırlanıb və 1998-1999-cu ildə əfsanəvi qapıçımız Peter Şmeyhelin geyindiyi formanı xatırladır.

Klubun gerbi də 20 il bundan əvvəl futbolçularımızın istifadə etdiyi gerbin tərzində hazırlanıb.

Yeni dəst ilk dəfə olaraq Treble Reunion əfsanələrinin matçında təqdim olunacaq, hansı ki, 26 may bazar günü “Old Trafford”da baş tutacaq, əsas komanda isə yeni forma ilə ilk dəfə Avstraliyanın Perte şəhərindəki təlim-məşq toplantısında qarşılaşacağımız “Lids Yunayted” ilə oyunda geyinəcəklər.

2aeffff412e226cbceb7416c9b1b3252 8twz-tBAUqo 201a5141af5f82d53e0e2fded07b10be 945490342b2c9b2946c2efab36ffd01e a221d682b2eb3e4e2067a0986f0e2486 a93167587ee1e43ad91320cda0d628be aa970da446f85f72180aa16b63605396 b9325a628d7d466676d02bd67500ddc7 d63F28yo9Bg MrLk6WUvnQ0


Mənbə: manutd.com

0 comments