Reşford və Linqard yığmaya çağırılıb

Reşford, Linqard
Paylaş:

“Mançester Yunayted”dən yalnız iki futbolçu UEFA Millətlər Liqasının final hissəsi üçün məzuniyyətlərini yarımçıq saxlamalı olacaqlar – Markus Reşford və Cessi Linqard İngiltərə millisi ilə birlikdə Portuqaliyaya yollanacaq.

Bir çox ingilis azarkeşləri “Mançester Yunayted”də bu mövsümün ən yaxşı oyunçusu seçilmiş Lyuk Şounun millinin heyətinə çağırılmamasına təəccübləniblər, amma Qaret Sautqeyt digər oyunçuları dəvət etməyə üstünlük verib.

“Mən fikirləşirəm ki, Ben Çiluell və Denni Rouz möhtəşəm idilər. Onlar yaxşı oynadılar və hər şey etdilər ki, İngiltərə millisinin formasını geyinməyə layiq olsunlar,” – deyə yığmanın baş məşqçisi bildirib.

Portuqaliya, Hollandiya və İveçrə millilərinin heyətində, hansı ki, Millətlər liqasının final hissəsində iştirak edəcəklər, “Mançester Yunayted”i təmsil edən başqa futbolçu yoxdur. Dioqu Dalo əsas yığmaya çağırılmaq ehtmalkı olsa da, ölkəsinin 20 yaşlılardan ibarət millisi ilə birlikdə dünya çempionatına yollanacaq. Timoti Fosu-Mensa isə Hollandiya millisinin əsas komandasına dəvət olunsa da, hal-hazırda aldığı zədənin bərpası ilə məşğuldur.

ulu_kwNMEYs


Mənbə: Manchester Evening News

0 comments