Vudvord: “Maliyyə cəhətdən Oleni dəstəkləyəcəyik”

Ed Vudvord
Paylaş:

“Mançester Yunayted”in icraçı direktoru Ed Vudvord söz verib ki, klub Ole Qunnar Sulşeri dəstəkləmək üçün bütün maliyyə imkanlarından istifadə edəcək.

“Yunayted” Premyer Liqada liderdən 32 xal az toplamaqla mövsümü altıncı pillədə başa vurdu və növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək imkanından məhrum olub.

Buna baxmayaraq klub hələ də maliyyə cəhətdən yaxşı nəticələr əldə edir. Üçüncü rüblükdə gəlirlər 3,4% artaraq 152,1 mly funta qalxıb, əməliyyat xərcləri 94%-ə yüksəlib 14,2 mly funt olub. “Yunayted”in borcunun həcmi ilə 0,4 mly funt artıb və elə 301,7 mly funt həcmində qalıb.

Vudvord deyib: “Çətin mövsümün ardından “Mançester Yunayted”də hər kəs uğurun yolların yaratmağa köklənib, hansı ki, klubdan bunu gözləyirlər və hansı ki, azarkeşlərimiz bunal layiqdirlər. Yeni mövsümə hazırlıq öz qaydasında davam edir və bizim biznesin maliyyə günü baş məşqçini və komandanı dəstəkləməyə imkan verir”.

“Mövsüm biz istədiyimiz kimi tamamlanmadı, ili altıncı pillədə yekunlaşdırdıq, mövsümün ortasında məşqçi dəyişikliyi etdik. Buna baxmayaraq Ole və onun komandası bizi Çempionlar Liqası üçün mübarizə aparmağa qaytara bilmişdilər, amma sonda bunun üçün bizə xallar bəs etmədi”.

“Baxmayaraq ki, son həftələrdə məyusluq yaşadıq, amma şadıq ki, Ole Qunnar Sulşer və məşqçi heyətin əsas üzvləri ilə üç illik müqavilə imzaladıq. Mayk Felan, Maykl Kerrik, Kiran MakKenna və Mark Dempsi növbəti mövsüm də bizimlə olacaqlar”.

“Klubda hər kəs – rəhbərlik, baş məşqçi, oyunçu heyəti və klubun bütün əməkdaşları “Yunayted”i ingilis futbolunun zirvəsinə yüksəltməkdə qərarlıdırlar. Biznesimin yaxşı vəziyyəti bizə imkan verəcək ki, baş məşqçimizə dəstək verək və futbol meydanlarında uğur qazanaq. Bu hər zaman bizim hədəfimiz olub”.


Mənbə: Sky Sports

0 comments