Pastorelle: “Yunayted” hələ də top-oyunçuları ala bilər”

Federiko Pasterello
Paylaş:

Futbol agenti Federiko Pastorelle öz fəlaiyyəti barəsində danışıb və əminliklə deyir ki, “Mançester Yunayted”in bu yay top-oyunçuları kluba dəvət etməkdə heç bir problemi olmayacaq, baxmayaraq ki, növbəti mövsüm Çempionlar Liqasında iştirak etməyəcəklər.

“Biz agentlər “Trransfer” adlı filmin əsas ulduzları sayılmırıq. Ulduzlar oyunçulardır, klublar isə onların prodüserləridir. Mən, həmçinin, onu düzgün hesab edirəm ki, agent futbolçudan çox qazanmamalıdır, necə ki, bir müddət əvvəl elə olmuşdu”.

“Premyer Liqa ən yaxşı sistemi qurub, belə ki, razılaşmada iştirak edən istənilən insan kimin nə qədər qazanacağını qabaqcadan bilir və bu şəffaflıq bu sistemin gələcəkdə daha da yaxşı olacağına kömək edəcək”.

“Mən bilirəm ki, agentlərə elə də yaxşı etibar yoxdur, çünki çox təəssüflər olsun ki, bizim işdə hamı peşəkar və düzgün deyil. Çoxları ona görə müqavilələr imzalayırlar ki, daha çox qazansınlar və daha  2-3 illik öz həyatını maddi tərəfdən təmin etsin”.

Pasterello transfer bazarındakı vəziyyət ilə bağlı da öz fikirlərini bölüşüb. Keçən ay bildirmişdi ki, Lukakunun (Federiko Romelunun agentidir) gələn mövsüm karyerasını “Yunayted”də davam edəcəyi ilə bağlı inamı yoxdur, ona görə də yayda hücumçu klub ilə gələcəyini müzakirə edəcək.

Amma italiyalının sözlərinə görə “Yunayted” lazım olan transferləri həyata keçirməkdə heç bir problem yaşamayacaq, baxmayaraq ki, onlar gələn mövsüm Çempionlar Liqasında iştirak etməyəcəklər.

“Mən fikirləşirəm ki, bu yay “Mançester Yunayted” uğurlu transfer dönəmi keçirəcək. Cənab Vudvordun çox işi olacaq, amma onlar top-oyunçuları inandıra biləcəklər, çünki “Yunayted” inanılmaz bir brenddir, dünyada ən yaxşılardan biridir”.

O gözləyir ki, “Yunayted” ən çox iş görən klublardan biri olacaq, həm alıcı və həm də satıcı kimi, amma Pasterellonun fikirinə görə digər nəhəng Avropa klubları da fəaliyyətsiz olmayacaq.

“Bu yay əsas oyunçulardan biri də Madrid “Real”ı olacaq. Son iki ildə çox pul xərcləməyiblər, amma onlar Zidanı qaytardılar və böyük dəyişikliklər planlayıblar. Onlara komandanı cavanlaşdırmaq lazımdır və bütün bunlar “domino effekti” verəcək. Mən gözləyirəm ki, bu yay çox maraqlı olacaq.

Son illərdə oyunçuların qiyməti transfer bazarında çox qalxıb. PSJ Neymarın transferi üçün 200 milyon funt ödəməklə yeni bir rekorda imza atdı.

“Neymarın transferini mən başa düşə bilərəm, çünki o, daha çox şəkildəki qaydaları və sponsorları ilə bizə bir bankomatı xatırladır. Mən daha çox Dembeleyə o qədər pul ödənilməsinə təəccüblənmişdim. Mən sadəcə şok içində idim! Daha sonra “Çelsi” bir qapıçıya 80 milyon funt ödədi, hansı ki, Bilbaoda oynayırdı, Madriddə yox”.

“Fikirləşirəm ki, bu tendesiya növbəti dörd ya beş ildə də davam edəcək. Bundan sonra çox güman ki, müəyəyn hədlər qoyulacaq. Bu fond birjası kimidir, əvvəlcə dalğa yuxarı qalxır, sonra isə aşağı düşür”.


Mənbə: Sky Sports

0 comments