M.E.N.: “Beyl “Yunayted” üçün ehtiyat variantdır”

Qaret Beyl
Paylaş:

Manchester Evening News xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beyl “Mançester Yunayted”in əsas transfer hədəflərindən biri kimi hesab edilmir.

Klubdan olan yüksək rütbəli mənbə nəşrə bildirib ki, Beylin adı transfer siyahısının yalnız sonuncu pilləsində yer alıb, çünki “Yunayted”in əsas hədəfi gənc oyunçuların kluba cəlb olunmasıdır.

İyulda 30 yaşı tamam olacaq uelsli yarımmüdafiəçi çox güman ki, yayda klubunu yenidən baş məşqçi vəzifəsinə qayıdan Zidanla arasındakı problemə görə tərk edəcək. Baxmayaraq ki, “Yunayted” bir neçə dəfə Beyli transfer etmək istəyib, amma indi transfer siyahısının aşağı hissəsində yer alıb.


Mənbə:  Manchester Evening News

0 comments