M.E.N.: “Yunayted” Daniel Ceymslə şəxsi müqaviləni razılaşdı”

Daniel Ceyms
Paylaş:

Manchester Evening News xəbər verir ki, “Mançester Yunayted” artıq ilk transferini reallaşdırmaq üzrədir. Belə ki, “Suonsi”də çıxış edən Daniel Ceyms uğrunda mübarizədə “qırmızı şeytanlar”la rəqabət aparan “Brayton” klubunun geri çəkildiyi bildirilir və “Yunayted” bunun ardınca uelsli vinger ilə şəxsi müqaviləsində razılaşma əldə edib.

“Brayton”un yeni təyin olunan baş məşqçisi Qrem  Potter, hansı ki, keçən mövsüm “Suonsi”də Daniel Ceymsin baş məşqçisi idi, 21 yaşlı futbolçunu özü ilə bərabər “Ameks” stadionuna aparmaq istəyirdi, amma Potterə yaxın mənbələrin məlumatına görə Ceyms “Yunayted”i seçib və artıq şəxsi müqaviləsini də razılaşıb. İndi isə “Suonsi” transfer məbləğində razılaşmanı gözləyir.

Transferin yaxın günlərdə rəsmi olaraq bəyan ediləcəyi gözlənilir.


Mənbə: Manchester Evening News

0 comments