Van Persi: “Ole “Yunayted”in özüdür”

Sulşer
Paylaş:

“Mançester Yunayted”in keçmiş hücumçusu Robin van Persi hesab edir ki, azarkeşlər mövsümün ortasında olduğu kimi yolundakı bütün komandaları kənarlaşdıra biləcək bir komandanı görmək istəyirlərsə, Ole Qunnar Sulşerə vaxt vermək lazımdır.

“Bu gülməlidir, o, işinə başlayanda hər kəs pozitiv idi! Komanda qələbə qazandırdı və “Pari Sen-Jermen”i məğlub etməklə möcüzə yaratmışdı. Hər kəs qışqırırdı: “Bu oğlana daimi müqavilə verin!”. Bu müqaviləni ona verəndən sonra uğur onlardan bir az yan keçdi və onlar daha çox oyunda məğlub olmağa başladılar”.

“Amma Ole üç illik müqavilə imzalayıb, ona görə də ümumi tabloya baxmaq lazımdır. Mənə görə onun kluba olan münasibəti və klubu necə təmsil etməsi – doğru yoldur. O, pozitiv əhvaldadır, o, “Mançester Yunayted”də çox şeyə nail olmaq istəyir və bunun üçün yeganə yol yalnız irəliyə getməkdir”.

“Sulşer bu klubunun adamıdır, orada 10 il çıxış etdi, Çempionlar Liqasının qalibi oldu. Bundan əlavə, məhz həmin qol kluba Çempionlar Liqasında qələbə gətirdi, ona görə də o, klub üçün əhəmiyyətli bir fiqurdur. Daha sonra əvəzediciləri çalışdırdı. Demək olar ki, o elə “Mançester Yunayted”dir, Ferqyuson kimidir, sadəcə fərqli bir şəkildə. Ferqyuson – “Yunayted”dir və Ole də “Yunayted”dir”.

“Hər kəsdə yüksəlişlər və enişlər olur. Onun fantastik qələbə seriyası oldu, daha sonra isə onda çətin 12 oyun oldu. Növbəti mövsüm onlar özlərini toparlamalıdırlar və hər şeyi yenidən etməlidirlər”.


Mənbə: BBC

0 comments