Daniel Ceymsin atası dünyasını dəyişib

Daniel Ceyms
Paylaş:

The Daily Mail xəbər verir ki, Daniel Ceymsin “Mançester Yunayted”ə transferi ailəsində baş vermiş faciəyə görə uzana bilər, belə ki, “Suonsi”nin vingerinin atası dünyasını dəyişib.

Ceymsin atası 60 yaşında gözlənilmədən dünyasını dəyişib və “Mançester Yunayted” onu və ailəsini transferin vaxtına görə narahat etməyəcək və onlara lazım olan qədər vaxt verəcək.

Danielin atası xəstə idi, amma həyatı təhlükəsi yox idi və ona görə də bu ölüm xəbəri ailə üçün gözlənilməz oldu.

Gözlənilirdi ki, Ceymsin transferi bu həftə təqdim olunacaqdı, amma hal-hazırda bilinmir ki, 21 yaşlı uesli futbolçu hansı zamanda “Yunayted”in oyunçusu olacaq.

Qeyd edək ki, “Suonsi” klubu da ölüm xəbərini təsdiqləyib.


Mənbə: Daily Mail

0 comments