Sky: “Marsel” Strotmanın icarəsini təklif edib”

Kevin Strotman
Paylaş:

Sky Sports xəbər verir ki, Fransanın “Marsel” klubu “Mançester Yunayted”ə hollandiyalı yarımmüdafiəçisi Kevin Strotmanı icarəyə götürməyə təklif edib.

Fransı klubu bitən mövsümü uğursuz şəkildə başa vurdu və sonuncu turdan öncə avrokuboklara düşmə şanslarını tamamilə itirdi. İndi isə “Marsel” özlərini əlavə xərclərdən qurtarmaq istəyirlər və əsas yarımmüdafiəçisini icarəyə verməyə hazırlaşırlar.

Bu mövsüm 29 yaşlı Strotman “Marsel”in heyətində 33 oyunda iştirak edib və 1 qol vurmağa nail olub.

Xatırladaq ki, “Yunayted” buna qədər bir neçə dəfə hollandiyalı futbolçunun transferini həyata keçirmək istəyib. Şayiələrə görə ilk əvvəllər ser Aleks Ferqyuson onu komandasında görmək istəmişdi, ardınca Devid Moyes və Lui van Qal da Strotmanı komandasına dəvət etməyə cəhd edib, amma hollandiyalı futbolçunu heç cürə “Old Trafford”a gətirmək mümkün olmayıb.

Sky Sports onu da bildirir ki, bu təklifi “Everton” və “Vest Hem” də alıb.


Mənbə: Sky Sports

0 comments