Sky: “Konte Lukakunun transferini istəyir”

Romelu Lukaku
Paylaş:

Sky Sports məlumat yayıb ki, Milan “İnter”i bu yay “Mançester Yunayted”in belçikalı hücumçusu Romelu Lukakunu transfer etməyə cəhd edəcəklər.

Telekanalın məlumatında deyilir ki, Antonio Kontenin təyinatından dərhal sonra italyan klubu Lukakunun transferi üçün “Yunayted” ilə danışıqlara başlayacaqlar.

Xatırladaq ki, Konte 2 il bundan öncə, 2017-ci ildə “Çelsi”nin baş məşqçisi olanda Romelunu komandasına gətirmək istəyirdi, amma Lukaku “Mançester Yunayted”ə keçmək qərarını vermişdi.

İki mövsüm ərzində Lukaku “Yunaytted”in heyətində 96 oyunda iştirak edib və 42 qol vurub.


Mənbə: Sky Sports

0 comments