Sulşer: “ÇL-ın finalından öncə yata bilməmişdim”

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer etiraf edib ki, 1999-cu ildə “Bayern” ilə finaldan öncə yata bilməmişdi, amma ona görə yox ki, qarşıdakı matça görə həyacanlı idi. 

Skandinaviyalı hücumçu Yap Stamla eyni otağı bölüşürdülər və hollandiyalının xorultusu Oleyə yatmağa imkan vermirdi. Sonda “Yunayted”in gələcək məşqçisi öz dostuna zəng elədi və qarşıdakı finalı müzakirə etməyə başladı.

“Bəzi şeylər dərhal yada düşür, məsələn, Mançesterdən Barselonaya “Konkerde” ilə uçuş” – Sulşer xatırladı.

“Bütün yolboyu ürəyim bulanırdı, ona görə də heç bir zövq almadım. Biz Barseloya çatanda şəhərdən uzaq olmayan əla bir yerdə məskunlaşdıq. Yap Stam ilə bir otaqda qaldıq, hansı ki, bütün gecəni xoruldayırdı, amma qarşıdakı final matçına həvəs inanılmaz idi”.

“Yap xoruldayırdı və mən yata bilmirdim, ona görə də eyvana çıxdım və ən yaxşı dostuma zəng elədim, o, həkim idi. Mən ona zəng elədim və soruşdum ki, finala baxmağa hazırlaşırmı, o isə cavab verdi ki, final fitinə qədər evdən çıxmalıdır, çünki gecə növbəsində idi. Mən ona məsləhət gördüm ki, yenə də axıra kimi baxsın oyuna, çünki məndə elə bir hiss var idi, oyunun sonunda nəsə xüsusi bir şeylər olacaq”.

“Yunayted”in hər bir azarkeşi, yəqin ki, yüzlərlə, əgər minlərlə deyillərsə, Sulşerin “Bayern”ə vurduğu qələbə qolunu bir dəfə də olsun izləyiblər.

“Mən xatırlaya bilmirəm ki, (həmin qoldan əvvəl) nə haqqında fikirləşirdim, amma, əlbəttə ki, biz həmin vaxt qolu təzə vurmuşduq (Teddi Şeringem hesabı bərabərləşdirmişdi), ona görə də özümüzdə əlavə enerji hiss elədik. Fikirləşirəm ki, biz hamımız qələbə qolunu vuracağımıza inanırdıq, çünki həmin mövsüm bunu bir neçə dəfə təkrarlamışdıq” – “Yunayted”in bossu deyir.

“Bu həmin anlardan idi ki, sanki öz bədənindən çıxaraq topun izi ilə gedirsən. “Bayern”in azarkeşi məni çox sıx saxlayırdı və top havaya qalxandan sonra elə təsəvvür yarandı ki, top mənə və ya bizim olduğumuz həmin zonaya çatmayacaq”.

“Ona görə də mənə elə gəlir ki, müdafiəçi konsentrasiyasını itirdi. Məncə o, topu izləyirdi, daha çox topa baxırdı, nəinki mənə, ona görə də məni nəzarətdən buraxdı”.

“Bir hücumçu kimi hər zaman optimist olmuşam. Ona görə də ümid edirdim ki, top mən tərəfə gələcək. Və top yerə düşdü, mənə yalnız topa ayağımı qoymaq lazım oldu”.


Mənbə: manutd.com

0 comments