De Lixt: “Gələcəyim haqqında heç nə bilmirəm”

Mattias De Lixt
Paylaş:

“Ayaks”ın kapitanı Mattias De Lixt, hansı ki, mətbuat onun adını  “Mançester Yunayted” ilə yanaşı hallandırır, bildirib ki, hələ öz gələcəyi barəsində heç bir qərar verməyib.

“Premyer Liqa, əlbəttə ki, böyük turnirdir, İspaniya çempionatı kimi, amma bu iki turnirlə yanaşı başqa çempionatlar da var. Mən hələ də öz gələcəyim haqqında heç nə bilmirəm, ona görə də hər şey necə olacaqsa, elə də olsun”.

Hal-hazırda De Lixt Hollandiya yığması ilə birlikdə UEFA Millətlər Liqasının final mərhələsinə hazırlaşır.

“İlk öncə bizə yığma ilə iki oyunda iştirak etmək laızmdır, bundan sonra isə baxaq görək nələr olacaq”.


Mənbə: ESPN

0 comments