Stam: “De Lixt “Yunayted”ə ideal yaraşır”

Yap Stam
Paylaş:

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Yap Stam öz həmyerlisi Mattias De Lixtin “Old Trafford”a mümkün transferi haqqında fikirlərini bölüşüb.

De Lixt yaxşı oyunçudur. O, hələ çox gəncdir, amma düzünü desək böyüklər kimi oynayır. O, topa sahib olduğu zaman tamamilə soyuqqanlıdır, taktiki cəhətdən aqressivdir, oyunu yaxşı oxuyur və onun özünə qarşı hərəkətverici qüvvəsi var, hansı ki hər kəsə lazımdır, əgər nəyəsə nail olmaq istəyirsənsə. Fikirləşirəm ki, bunlar vacib şeylərdən biridir, oyunçuya lazım olan – öz qarşısına hədəf qoymaqdır, irəliyə doğru daha bir addım atmaqdır, daha yaxşı olmaqdır”.

“Məncə “Mançester Yunayted”ə yaxşı uyğun olardı, əgər doğurdanda onlar onu almaq istəyirlərsə. İndi çoxu yazır və danışır, ona görə də tam əmin deyiləm ki, bu yalnız bir şayiədir. Amma yenə də bu elə oyunçudur ki, bu kluba çox yaxşı uyğun gələrdi. Qısası, qərarı özü verməlidir, o, həmin tip top oyunçudur ki, onu istəyən klubların baş məşqçiləri komandasında görmək istəyir”.

Xatırladaq ki, Yap Stam dünən “Old Tarfford”da Treblin 20 illiyinə həsr olunmuş xeyriyyə matçında iştirak etmişdir.


Mənbə: Daily Mail

0 comments