ESPN: “Bayi öz şansını əldə edəcək”

Erik Bayi
Paylaş:

ESPN telekanalı xəbər verir ki, növbəti mövsüm əsas mərkəz müdafiəçisi olması üçün öz şansını əldə edəcək.

Bayi aprelin sonunda “Çelsi” ilə matçda diz bağlarını zədələmişdi və Afrika Millətlər Kuboku turnirinə getməyəcək, amma 7 iyulda başlayacaq klubun təlim-məşq toplantısına qədər hazır olacaq.

Ole Qunnar Sulşer hələ də müdafiənin mərkəzinə yüksək səviyyəli futbolçu almaqda maraqlıdır, lakin Bayi daim yüksək səviyyədə oynaya biləcəyini göstərmək imkanını qazanacaq.

Keçən mövsüm afrikalı futbolçu yalnız 8 dəfə Premyer Liqa oyununda əsas heyətdə meydana çıxa bilmişdi.


Mənbə: ESPN

0 comments