De Lixt qərarını bir neçə günə verəcək

Mattias De Lixt
Paylaş:

The Telegraph yazır ki, Mattias De Lixtin nümayəndələri bir neçə günə futbolçunun harada karyerasını davam etdirəcəyi ilə bağlı verəcəyi qərarı “Mançester Yunayted”ə bildirəcəklər.

Baxmayaraq ki, “Yunayted”in bəzi nümayəndələri De Lixtin bir neçə ay öncə “Barselona”ya keçəcəyinə qərar verdiyini hesab edirlər, klub hələ də “Ayaks”ın kapitanı ilə bağlı vəziyyəti nəzarət altında saxlayır.

Buna rəğmən, mənbə iddia edir ki, De Lixt “Mançester Yunayted”ə əsas variantlardan biri kimi baxır, baxmayaraq ki, klub gələn mövsüm Çempionlar Liqasında iştirak etməyəcək. Xəbər verilir ki, 19 yaşlı hollandiyalı “Ayaks”ın ölkə çempionatını və kubokunu qazanmaqla qızıl dubl etməsinə qədər “Barselona” ilə hər hansısa razılaşmanın əldə olunmasından imtina etmişdi.

The Telegraph onu da bildirir ki, Hollandiyada De Lixtin karyerasını davam etdirmək üçün ideal variantın “Mançester Yunayted” olması göstərilir. Futbolçunun ətrafında olan mənbələrin verdiyi məlumatda deyilir ki, gənc futbolçu Ole Qunnar Sulşerin yenidənqurma işlərində iştirak etmək istəyir, belə ki, bu vəziyyət ona iki il bundan öncə “Ayaks”ın apardığı gəncləşmə siyasətini xatırladır.

De Lixtin “Barselona”da əsas heyət üzvü olmasına şübhələri var, amma “Mançester Yunayted”də iddia edirlər ki, yeni müdafiə xətti hollandiyalının ətrafında yığmaq niyyətindədirlər. Həmçinin, Mattias hesab edir ki, onun yaşı İngiltərədə 5-6 il oynamağa imkan verəcək və yalnız bundan sonra İspaniyaya getmək fikrinə düşə bilər, əgər belə bir məcburiyyət olarsa.


Mənbə: The Telegraph

0 comments