Independent: “Yunayted” Meddisonla maraqlanır”

Ceyms Maddison
Paylaş:

The Independent məlumat verir ki, “Mançester Yunayted” “Lester”in yarımmüdafiəçisi Ceyms Maddisonun mümkün transferini nəzərdən keçirir.

Klub 22 yaşlı futbolçunu özünün yeni hədəfi seçib və əgər bu yay “Kinq Pauer”i tərk etsə, transferin qiyməti çox güman ki, 60 milyon funt civarında olacaq. Rəsmi təklif hələ göndərilməyib, çünki hələ müzakirə olunan transferlər ilkin mərhələdədirlər.

Hələlik məlum deyil ki, “Siti”, “Liverpul” və “Tottenhem” futbolçu uğrunda “Yunayted” ilə mübarizəyə girəcəklər ya yox, hansı ki, Ceymsi kiçik yaşlarından “Koventri”də oynayandan izləyirlər.

“Lester” Meddisonu keçən yay “Norviç”dən 20 milyon funta transfer etmişdi və mənbənin məlumatında deyilir ki, Ole Qunnar Sulşer komandaya daha çox Britaniya tərzini aşılamağa çalışır, üstəlik nəzərə alaq ki, klub “Susonsi”dən Daniel Ceymsi də transfer etmək istəyir.


Mənbə: The Independent

0 comments