M.E.N.: “Ceyms tibbi müayinədən keçdi”

Daniel Ceyms
Paylaş:

Manchester Evening News xəbər verir ki, “Suonsi”nin yarımmüdafiəçisi Daniel Ceyms “Mançester Yunayted”in Karrinqtondakı bazasında tibbi müayinəni uğurlu keçib, ardınca isə Uelsdəki komanda yoldaşlarına qoşulub və onlarla birlikdə Xorvatiya ilə matça yola düşüblər.

“Əjdahalar” Xorvatiyaya Liverpul şəhərinin aeroportundan uçmalı idilər və Rayan Giqqz gənc futbolçuya tibbi müayinədən keçmək üçün icazə vermişdi. 21 yaşlı futbolçu “Yunayted”in nümayəndələri ilə birlikdə Karrinqtondakı bazaya yola düşüblər və bütün prosedurları tamamladıqdan sonra komanda yoldaşlarına qoşulub.

Baxmayaraq ki, bütün məsələlər həll olunub və futbolçu tibbi müayinədən keçib, rəsmi olaraq Ceymsi təqdim etmək gələn həftədən tez olmayacaq.

Mənbə bildirir ki, aşağıdakı şəkil Daniel Ceymsin tibbi müayinədən keçməsindən sonra çəkilib.

DANIEL


Mənbə: Manchester Evening News

0 comments