“Yunayted” komandanı tərk edənlərin siyahısını açıqlayıb

akademiya
Paylaş:

2018-2019 İngiltərə Premyer Liqası mövsümünün başa çatmasının ardından “Mançester Yunayted” klubu tərk edən futbolçuların siyahısını açıqlayıb.

Əvvəlcədən də təsdiqini tağdığı kimi klubu ilk olaraq Antonio Valensiya və Ander Errera tərk edir. Klubun rəsmi saytı xəbər verir ki, yarımmüdafiəçi Xuan Mataya yeni müqavilə təklif olunub.

23 yaşlılara qədər olan komandada “Mançester Yunayted” yarımmüdafiəçi Eydan Barlou ilə müqavilə imzalamağa nail olub. Qapıçılar Aleks Foytiçek Və Pol Vulston, həmçinin italiyalı müdafiəçi Luka Erkolaniyə yeni müqavilələr təklif olunub.

İcarədə olan bir neçə futbolçu yeni komandalar ilə müqavilələr imzalayacaqlar və karyeralarını başqa yerdə davam etdirəcəklər. Müdafiəçi Riqan Pul “Nyuport”un heyətində komandasına İkinci divizionun pley-off mərhələsindən finala çıxmasına kömək edib.Klub, həmçinin, icarədə olan digər futbolçuları da yola salıb. Bunlar Zak Dirnli (Oldem Atletik), Tom Sanq (AFK Fild), Kallum Uilan (Port Veyl), Metti Uillok (Krouli Taun) və Ceyms Uilsondur (Aberdin).

Bunlarla yanaşı klub əvəzedicilərin heyətindən Metyu Olesunde, Tayrela Uorren, CiCey Buffonc, Kallum Qribbin, Millen Baars və Coşua Boui ilə yollarını ayırıb, həmçinin, 18 yaşlıların qapıçısı Ceyms Tompson da ayrılanların siyahısındadır.

Qeyd edək ki, böyük ümidlər bəslənən Kallum Qribbinin zədə səbəbindən karyerasını bitirdiyi bildirilir.

Klub komandanı tərk edən bütün futbolçulara gələcəyində uğurlar arzulayıb.


Mənbə: manutd.com

0 comments