Sky: “Yunayted” Van-Bissaka üçün təklif göndərib

Van-Bissaka
Paylaş:

Sky Sports xəbər verir ki, “Kristal Pelas”da çıxış edən Aaron Van-Bissaka üçün “Mançester Yunayted” çox əhəmiyyətli bir transfer təklifi göndərib.

Qeyd edilir ki, London klubu gənc sağ cinah müdafiəçisini satmaq niyyətində deyil. Lakin “Mançester Yunayted”in budəfəki böyük təklifi onları düşünməyə vadar edə bilər.

21 yaşlı müdafiəçinin “Kristal Pelas” ilə 3 illik müqaviləsi var. O, ötən ilin fevral ayında debüt etmişdi və Premyer Liqanı 12-ci sırada bitirən komandasının heyətində 39 oyunda meydana çıxmışdı.


Mənbə: Sky Sports

0 comments