Sky: “Uan-Bissake üçün edilən təklif geri qaytarılıb”

Aoron Uan-Bissak
Paylaş:

Sky Sports xəbər verir ki, “Kristal Pelas” cinah müdafiəçisi Aaron Uan-Bissake üçün “Mançester Yunayted” tərəfindən edilən transfer təklifini geri qaytarıb.

“Mançester Yunayted”ə Uan-Bissake üçün təklifi 60 milyon funt-sterlinqə qədər qaldırmaq lazım olacaq ki, gənc futbolçunu bu yay heyətinə qata bilsin. Çünki “Kristal Pelas” dünən “Yunaytedin etdiyi 40 milyonluq transfer təklifini qəbul etməyib.

Sağ cinah müdafiəçisi Uan-Bissake “Yunayted”in əsas transfer hədəfinə çevrilib və klub bu ayın əvvəlində ilk rəsmi təklifini göndərib, hansı ki, “qartallar” dərhal həmin təklifdən imtina etdilər.

Amma mənbələr güman edirlər ki, 60 milyonluq təklif “Kristal Pelas”ı 21 yaşlı futbolçusunu satmağa düşünməyə məcbur edə bilər, baxmayaraq ki, onlar gənc müdafiəçini israrla saxlamaq istəyirlər.


Mənbə: Sky Sports

0 comments